TOP 10

Hacı Əliyev: “Növbəti dəfə dünya çempionu olmağa calışacağam”

Güləş
Tarix: 2018-10-12 20:03

Sentyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında titula iddialı güləşçilərimizdən biri də Hacı Əliyevdi. Sport24.az xəbər verir ki, 61 kq-da üç dəfə dünya çempionu olan Əliyev bu dəfə 65 kq-da eyni uğura imza atmağa çalışacaq. Hacı sentyabrda Macarıstanda keçirilən beynəlxalq turnirdə zədələnsə də, iddiasından əl çəkmək fikrində deyil:

 

“Məşqlərimiz yaxşı keçir. İlin əvvəlindən 7-8-ci təlim-məşq toplanışımızı keçirik. Bu, son hazırlıq prosesidir. Gördüyünüz kimi, bir balaca zədəm var. Belarusdakı yarışdan sonra xalça üzərində ikinci məşqimdir. Buna baxmayaraq, növbəti dəfə dünya çempionu olmağa calışacağam. Rəqiblər çox güclüdür. Ancaq əlimdən gələni edəcəyəm.

 

Zədəm dizimdədir. Sərbəst güləşdə tez-tez ayaqdan tutmaqla fənd edirik. Bu baxımdan dizə çox yük düşür. Zədəli dizimi qorumağa çalışacağam. Bəlkə də bu baxımdan yaxşıdır ki, ayağımı rəqiblərə verməməyə daha çox diqqət edəcəyəm”.

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB