TOP 10

Bəhlulu oynamamağı qəzəbləndirir: "Bu amil məni həvəsdən salmır, əksinə..."

Futbol
Tarix: 2018-10-12 18:54

“Seçmə mərhələdə son matçımıza yaxşı hazırlaşırıq. Əsas məqsəd onlarla ilk matçdakı səhvləri təkrarlamamaqdı”. Sport24.az xəbər verir ki, bu sözləri U-21 yığmamızın kapitanı Bəhlul Mustafazadə deyib. Avropa çempionatının seçmə mərhələsinin Norveçlə səfər oyunu öncəsi jurnalistlərin suallarını cavablandırankənd eyib.

 

Müdafiəçi oktyabrın 16-da keçiriləcək həmin qarşılaşmafa qələbə qazanmaq arzusunda olduqlarını söyləyib: "Əslində, keçən oyunda yaxşı çıxış etmişdik. Sadəcə, müəyyən səhvlər oldu ki, bu da məğlubiyyətə gətirib çıxardı. İnanıram ki, Norveçdən yaxşı nəticə ilə qayıdacağıq”.


Son vaxtlar “Qəbələ”də heyətə düşə bilməyən Mustafazadə bunun özünü daha da motivasiya etdiyini bildirib: “Oynamamağımla bağlı baş məşqçi ilə heç bir söhbətim olmayıb. Bu amil məni həvəsdən salmır, əksinə, daha da motivasiya edir. Belə deyim ki, qəzəbləndirir. Ona görə də çalışıram ki, özümü sübut edim və növbəti oyunlarda meydana çıxım”.


Yaş limitinə görə gələn ildən U-21-dəki çıxışını başa vuracaq futbolçu əsas hədəfinin milli olduğunu vurğulayıb: “Hamımız burda oynaya-oynaya əsas milliyə keçməyə çalışırıq. Bu, bizim üçün daha böyük addımdı. Başlıca hədəf əsas yığmadı. Bundan sonra ən qısa vaxtda tam hazır olub, ora dəvət almaq istəyirəm”.


Qeyd edək ki, Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.

 

MEHMAN SÜLEYMANOV
 

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB