TOP 10

Muradbəyli Norveçdən qələbəylə qayıdacaqlarına inanır: "Ümid edirəm ki, həmin səhvləri təkrar etməyəcəyik"

Futbol
Tarix: 2018-10-12 18:48

“Seçmə mərhələdə son oyunumuzdu. Çox ciddi hazırlaşmışıq və inanıraç ki, Norveçdən yaxşı nəticə ilə qayıdarıq". Sport24.az xəbər verir ki, bu sözləri U-21 yığmamızın üzvü Fəhmin Muradbəyli Avropa çempionatının seçmə mərhələsinin Norveçlə səfər oyunu öncəsi keçirilən brifinqdə söyləyib.

 

Yarımmüdafiəçi oktyabrın 16-da Norveçlə səfər matça ciddi yanaşdıqlarını bildirib: “Süni meydançada oynayacağıq deyə məşqlərimizi də süni örtükdə etmişik. Toplanışın əvvəlində yükləmələr oldu. İndi yavaş-yavaş tempi aşağı salırıq, oyuna köklənirik. Daha çox taktiki məşqlərə üstünlük veririk. Komandada əla ab-hava var. Hamı oyun haqda ciddi fikirləşir. Bu görüşdən 3 xalla ayrılmaq istəyirik. Rəqibi yaxşı analiz etmişik”.

 

Fəhmin Norveçə qələbə üçün yollanacaqlarını söyləyib: “Baş məşqçimiz qələbə qazanacağımıza inanır. Onlarla Bakıdakı qarşılaşma hesab matça görə olmadı. Adi səhvlərdən qollar buraxdıq. Buna baxmayaraq, sonadək mübarizə apardıq. Ruhdan düşmədik. Ümid edirəm ki, həmin səhvləri təkrar etməyəcəyik. Səfərə qələbə üçün gedirik”.

 

“Səbail”də icarə əsasında çıxış edən Muradbəyli son vaxtlar uğurlu çıxışının səbəbini də açıqlayıb: “Rejim hər bir futbolçu üçün vacibdir Bacardığım qədər bunların hamısına fikir verirəm. Çempionatda daha yaxşı oynamaq üçün əlimdən gələni edirəm. Əsas məqsədim milliuə dəvət almaq və orada yerimi möhkəmlətmək istəyirəm”.

 

MEHMAN SÜLEYMANOV

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB