897
885
833
828
817
813
809
801
790
790
2259
1517
1444
1331
1303
1272
1174
1151
1130
1127
Bu gün sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın açıq məşqi baş tutub. Sport24.az xəbər verir ki, sərbəst güləş üzrə millimizin baş məşqçisi Firdovsi Umudov brifinqdə bunları deyib:
“Artıq təlim-məşq toplanışımızı başa vurmaq üzrəyik. Bizimlə birgə hazırlıq prosesində Fransa və İtaliya yığmasının üzvləri də iştirak edir. Bu həftə son yükləmələrimizi baş vururuq. Oktyabrın 18-də Macarıstana yollanacağıq. İki gün sonra isə yarışa start veriləcək. Yığmanın tərkibində gənclərə də yer vermişik. Ötən il və bu il yeniyetmə və gənclərin beynəlxalq turnirlərində özlərini yaxşı tərəfdən göstərmiş idmançıları yığmanın heyətinə daxil etmişik. İnanırıq ki, dünya çempionatında da özlərini müsbət mənada göstərə biləcəklər. Federasiyanın rəhbəri Namiq Əliyevlə söhbətimiz oldu. Belə qərara gəldik ki, gənclərə üstünlük verək. Gələn il bizi məsul yarışlar gözləyir. Avropa çempionatı, ikinci Avropa Oyunları və Tokio Olimpiadasına lisenziya verən dünya çempionatı keçiriləcək. Ona görə indidən gəncləri gələcək yarışlara hazırlayırıq. İndi onların qarşısına medal qazanmağı şərt qoymamışıq. Əsas o ab-havanı hiss etmələridir ki, gələn il mötəbər turnirlərdə təcrübə çatışmazlığından əziyyət çəkməsinlər. Namiq müəllimin də daha öncə verdiyi müsahibədə qeyd etdiyi kimi, 2011-ci ildə Toğrul Əsgərovu yığmaya cəlb etdik. Bir il nəticə vermədi. Ancaq növbəti il həm Avropa, həm də olimpiya çempionu oldu. Sözsüz ki, təcrübəli güləşçilərlə yanaşı, gənclərə də şans tanımalıyıq. Bu gün komandanın tərkibində Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Cəmaləddin Məhəmmədov, Aslanbek Alborov, Georgi Edişeraşvili kimi təcrübəli güləşçilər var. Gənclərdən Pərviz İbrahimovu 61 kq-da sınaqdan keçirəcəyik.
Olimpiya çəkiləri üçün hər zaman ehtiyat qüvvəmiz olmalıdır. Əlbəttə, hər məşqçi öz yetirməsinin yarışlara getməsini istəyir. Ancaq biz güləşçilərin hazırlığına və nizam-intizamına fikir veririk. Bəzən elə olur ki, toplanışa hansısa idmançını daxil edirik, sonra şəxsi problemləri olduğunu deyir. Problemi olan idmançı yığmanın hazırlıq prosesində iştirak edə bilməz. Hansı idmançı nizam-intizama əməl edirsə, məşqçilərin verdiyi yüklənmələri və tapşırıqları uğurla yerinə yetirirsə, o da yığmanın tərkibində yer alır. Pərviz İbrahimov, Hacımurad Hacıyev, Abubakr Abakarov və Murad Süleymanov kimi gənclər dünya və Avropa çempionatlarında, başqa beynəlxalq yarışlarda uğurlu çıxış etməklə əsas yığmada yer alıb. Bizim onlara inamımız var.
Proqnoz vermək istəmirəm. Komandada zədəli güləşçilər var. Hacı zədəsini bərpa edərək məşqlərə qoşulub. Vətənimizi, dövlətimizi layiqincə təmsil etməyi qarşımıza məqsəd qoymuşuq. Bu il Qazaxıstan, Türkmənistan, Kanada, Fransa, İtaliya və Türkiyədən güləşçilər gəlib burada təlim-məşq toplanışı keçib. Bu da idmana və idmançılara dövlət səviyyəsində olan qayğının göstəricisidir. Şəxsən prezidentimiz İlham Əliyev qayğı göstərir. Biz də çalışacağıq ki, dünya çempionatında uğurlu çıxış edib, himnimizi səsləndirək və güləş azarkeşlərini sevindirək”.
20:00 “Qarabağ”ın Suraxanı-“Bəhramov” marşrutunun səbəbi: “Qazonun istismar müddəti bitib”
19:11 “Sumqayıt”la “Zirə”nin 15-ci dueli
18:41 “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu
18:16 Prosineçki ermənilərə meydan oxudu: "Azərbaycan millisi kimidi, 50 oyundan bir təəccübləndirir"
18:00 Danimarkalı mütəxəssis AVİF-in qonağı olub
17:33 19-cu turun hakim təyinatları
17:06 Klublar Komitəsinin iclasının vaxtı açıqlandı
16:47 “İkinci hissədə bir qədər arxayınlaşdıq”
16:17 “Kəpəz”ə gedən yol” təqdim olundu
15:59 Maluda rəsmən İsveçrə klubunda
15:33 İki oyunçu cəzalı durumda
15:17 “Yuventus”da ciddi itki
14:55 Messi İnyestaya çatdı
14:14 Qurban Qurbanov dünyadakı mövqeyini qorudu
14:00 Millimizin rəqibi trinidadlıları seçdi
13:16 Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”
12:53 Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”
12:30 Urbonas Sport24.az-a "Qarabağ"a "lakmus parçası" kimi qiymət verdi: "Millinizlə yoldaşlıq görüşündə bizə nəticə də vacib olacaq..."
12:12 "Akademiya kuboku"nda növbəti turun oyunları keçirilib
12:08 AFFA Lisenziyalaşdırma qrupunun üzvləri UEFA seminarında
11:28 Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı
11:21 Ramil Şeydayev: "Aleksandr Səmədov bizə kömək edəcək"
11:00 “Yuventus” hücumçusunu satdı
10:33 “Barselona” Lionda qol vura bilmədi - VİDEO
10:10 Litva millisinin yeni baş məşqçisinin Bakıya 2-ci səfəri: "Siftə"də məğlub yola salınıb
09:30 “Liverpul”un “Bavariya” ilə heç-heçəsi - VİDEO
02:07 Çempionlar Liqasında qolsuz gecə
02:00 "Rubin" Emil Balayevə qol vura bilmədi - VİDEO
00:00 Keçmiş komandalarına qənim kəsilənlər və ya "Qarabağ" yeni lider oldu
23:00 Millimizin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”
22:25 Ramil Şeydayev üçün 77 dəqiqə
20:52 Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu
19:58 Azərbaycan çempionatında ilk günün qalibləri
19:14 Ştuxlik "Bol idman"da danışdı - VİDEO
18:15 AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə
17:55 “Sportinq”də daha bir erkən vida
17:25 “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır
17:08 Premyer Liqamızda çıxış edən yeganə litvalı futbolçu: "Kamrana necə qol vurmağı millidəki komanda yoldaşlarıma deyəcəm"
16:40 “Espanyol”dan La Liqada yeni rekord
16:13 Boks millimiz Sofiyada 2 medal qazandı
15:21 Mitreski yubileyini Berlində qeyd edir: "Həm "Neftçi", həm də Bakı qəlbimdədi"
15:02 "Avropa Liqası 2019 Media Cup” start götürəcək
14:40 Şeydayevsiz qələbə
14:09 Turun "5-liy"i: "Neftçi"nin prezidentinin debüt matçından sonra bu olmamışdı...
14:06 AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi
13:40 Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar
13:28 İsrailli futbolçu milli komandamıza təklif edilib
13:04 İngiltərə klubuna casusluğa görə cəza verildi
12:22 İngiltərə kubokunda 1/4 finalın püşkü atıldı
12:00 Millimizin futbolçusu Türkiyəyə yollandı
11:31 Milli komandada yeni baş məşqçi
11:14 Abbasov Medvedevin özünü yerə atmasına toxundu: "Cərimə meydanında bir-birimizə dəyməyək ki, penalti olacaq?"
11:00 Nani rəsmən ABŞ klubunda
10:34 Erat oynadı, komandası məğlub oldu
09:33 Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü
02:04 “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı
01:52 “Atletik” səfərdən 3 xalla döndü
01:35 “Borussiya” səfərdə xal itirdi
01:29 “Roma”dan çətin qələbə
00:24 "Zirə"nin futbolçusunun toyu oldu - FOTO
00:00 İlk dəfə Azərbaycanda: Hərəyə 1 qələbə, bəs bu dəfə?
‹ | › | |||||
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |