TOP 10

Millətlər Liqasının ən sərrast futbolçusu - Riçard Almeyda

Futbol
Tarix: 2018-10-12 14:40

Futbol üzrə UEFA Millətlər Liqasının 3-cü turunun ilk oyunlarından sonra statistik məlumatlar açıqlanıb. Sport24.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda hazırda bu turnirin ən çox dəqiq ötürmə verən futbolçusudu.

 

30 yaşlı futbolçu keçirdiyi 3 oyundan sonra 215 dəqiq ötürmə ilə birinci pillədə qərarlaşıb. Yığma komandamızın digər üzvü Qara Qarayev isə bu göstəricidə 3-cüdü. Onun hesabında 201 ötürmə var. İkinci pillədə isə İspaniya yığmasının müdafiəçisi Serxio Ramos qərarlaşıb – 204 ötürmə.

 

Almeyda Azərbaycan yığmasının Millətlər Liqasının 3-cü turunda səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub etdiyi matçda dubla imza atıb.

 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB