TOP 10

"Astana" Almeydanın dublunu diqqətsiz qoymadı: “Bu, ona millinin bombardiri olmağa imkan verir”

Futbol
Tarix: 2018-10-12 13:24

“Astana” klubunun rəsmi saytı futbolçusu Riçard Almeydanın Azərbaycan millisinin heyətində dubl etməsinə xüsusi diqqət göstərib. Sport24.az xəbər verir ki, Farer adaları ilə görüşdə braziliyalı milliləşdirilmiş oyunçunun 2 qol vurmasını baş xəbərləri sırasına çıxarıb.

 

Almeydanın Millətlər Liqasında fərqlənməklə millidə qolların sayını 3-ə çatdırdığı qeyd olunub. “Bu isə ona həmin turnirdə millinin bombardiri olmağa imkan verir”.
 

Xatırladaq ki, Riçard 3:0 hesabıyla qalib gəldiyimiz matçda 28 və 86-cı dəqiqədə (penalti) vurduğu qolların müəllifi olub.



 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB