TOP 10

Belçika qalib gəldi, Xorvatiya və İngiltərə heç-heçəyə razılaşdı

Dünya Futbolu
Tarix: 2018-10-13 00:55

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turu çərçivəsində növbəti oyunları keçirilib. Sport24.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutub.

Azərbaycan millisinin yer aldığı D Liqasında Belarus Lüksemburqu, Moldova isə San Marinonu qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub.

 

A Liqasında iki görüş olub. Son dünya çempionatının bürünc mükafatçısı Belçika evdə İsveçrə ilə qarşılaşıb və çətin qələbəyə sevinib. 

 

Günün maraqla gözlənilən qarşılaşması da A Liqasında keçirilib. Xorvatiya evdə İngiltərə ilə üz-üzə gəlib. Hər iki komanda keçirdikləri ilk oyunda məğlub olmuşdu. Bu komandaların öz aralarındakı dueldən isə qol səsi çıxmayıb. Bu qrupa 6 xalla İspaniya yığması başçılıq edir.

 

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur

12 oktyabr

 

A Liqası
2-ci qrup

 

Belçika - İsveçrə 2:1
Qol: Lukaku, 58; 84 - Qavranoviç, 76.

 

4-cü qrup

 

Xorvatiya - İngiltərə 0:0

 

B Liqası
3-cü qrup

 

Avstriya - Şimali İrlandiya 1:0
Qol: Arnautoviç, 71.

 

C Liqası
2-ci qrup

 

Estoniya - Finlandiya 0:1
Qol: Pukki, 90.

 

Yunanıstan - Macarıstan 1:0
Qol: Mitroqlu, 65.

 

D Liqası
2-ci qrup

 

Belarus - Lüksemburq 1:0
Qol: Saroka, 43.

 

Moldova - San Marino 2:0
Qol: Ginsari, 31; 67.

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB