TOP 10

Rauf Əliyev qrupda 1-ci yeri tutmağımızı mümkün sayır: "Çox narahat idik, çünki..."

Futbol
Tarix: 2018-10-12 11:20

“Milli komandamız hamımızı sevindirdi. Çox narahat idik. Çünki bu matçın nəticəsi bir çox məsələləri həll edəcəkdi. Komandamız öz oyun üslubunu göstərdi və inamlı qələbə qazandı. Bu zəfər münasibəti ilə hər kəsi təbrik edirəm”. Bunu Sport24.az-a açıqlamasında Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda səfərdə Farer adaları yığmasını 3:0 hesabı ilə məğlub etdiyi oyundan sonra AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.

 

Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti olan  Əliyev bildirib ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin yer aldığı D liqasının III qrupunda 1-ci yeri tutmaq üçün yaxşı şansı var: “Bu gün Azərbaycanda idman inkişafdadır. Bu işin də başında cənab prezident dayanıb. Futbolun inkişafı bütün əhalimizi maraqlandırır. Ona görə də qrupdan çıxmağımız vacib məsələdi. Bu qələbədən sonra şansımız var. Futbolçularımız bu cür əzmkarlıq göstərsələr, qrupda birinci yeri tutarıq və sonrakı mübariəzədən də qalib çıxa bilərik. Farer adalarına qalib gələ bilməsəydik, bu, bizə çətinlik yaradardı. Çünki qrupun lideri Kosovo qələbə qazandı. Hazırda 5 xalımız olsa da, evdə Malta və Farer adaları ilə matçlarımız var. Bu görüşlərdə və Kosovo ilə səfər oyununda qalib gəlsək, qrupdan çıxarıq”.

 

Qeyd edək ki, 3 turdan sonra Kosovo 7 xalla 1-ci yerdədir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv oktyabrın 14-də Bakı Olimpiya Stadionunda Malta yığması ilə qarşılaşacaq.
 

 

CEYHUN ƏLİYEV, Torshavn

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB