TOP 10

Rekordçu Nazarov Qurban Qurbanova bir qədər də yaxınlaşdı - ondan 2 dəfə geri qalarkən

Futbol
Tarix: 2018-10-12 14:14

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov baş məşqçi Qurban Qurbanovun rəhbərlyi altında ilk qoluna imza atıb. Sport24.az xəbər verir ki, bu, UEFA Millətlər Liqasında Farer adaları yığmasını səfərdə 3:0 hesabıyla məğlub etdyimiz matçda reallaşıb. 

 

Qarşılaşmada hesabı 2:0 edən 28 yaşlı yarımmüdafiəçi bununla da millidəki qol sayını 7-yə çatdıraraq bombardirlər siyahısında bir qədər də irəliləyib. Nazarov qol sayında Rauf Əliyev, Elvin Məmmədov və Branimir Subaşiçə çataraq onlarla 3-6-cı yerləri bölüşür. Bir şeyi nəzərə alaq ki, Dmitri bu 3 futbolçudan millidə az oyun keçirib

 

Azərbaycan yığmasının 26 illik tarixində ən çox qol vuran futbolçusu isə hazırkı baş məşqçsi Qurban Qurbanovdu. Keçmiş hücumçunun hesabında 14 qol var. Qurbanovun ən yaxın izləyicisi hesabında 9 qol olan Vaqif Cavadovdu. Göründüyü kimi, Nazarov baş məşqçisinə nə qədər yaxınlaşsa da, ondan 2 dəfə az qol vurub.

 

Millimizdə debütü 4 il öncə ABŞ yığması ilə səfərdəki yoldaşlıq görüşündə olan Nazarov bunadək sonuncu dəfə Bakıda fərqlənmişdi. Bu, 2017-ci ilin martın 26-da Almaniya yığmasına Tofiq Bəhramov adına Respublika stadionunda 1:4 hesabıyla uduzduğumuz DÇ-2018-nin matçıdı. Almaniyanın "Aue" klubunun yarımmüdafiəçisi daha çox rəsmi görüşlərdə fərqlənib - 5 dəfə. Qalan 2 qol yoldaşlıq görüşlərinə təsadüf edib. 

 

Yığmada qol hesabını 2014-cü ildə almaniyalı baş məşqçi Berti Foqtsun dövründə açan Nazarov, sonra 5 dəfə xorvatiyalı çalışdırıcı Robert Prosineçkinin dönəmində rəqib qapısına yol tapıb. O, artıq 3-cü baş məşqçisiylə də fərqlənib və 3-cü rəsmi turnirdə qol vurmaqla da millimizdə rekordçu olub. Yəni, Dmitri kimi dünya və Avropa çempionatının seçmə mərhələsində, həmçinin Millətlər Liqasında qol vuran ikinci futbolçumuz yoxdu. Qurbanovun vaxtında fərqlənən digər oyunçulardan Təmkin Xəlilzadə millidə qol hesabını indi açıbsa, Riçard Almeyda ilk dəfə rəsmi oyunlarda qol vurub. Onun ilk qolu yoldaşlıq görüşündə olub.

 

 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB