TOP 10

Millimizdə ilk belə nəticə - tarixi qələbə Qurban Qurbanovla gəldi!

Futbol
Tarix: 2018-10-12 12:10

Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Sport24.az xəbər verir ki, millimiz 26 illik tarixi ərzində ilk dəfə səfərdə böyükhesablı rəsmi qələbəyə imza atıb.

 

Bu, yeni turnirdə - UEFA Millətlər Liqasında Farer adaları yığmasını Torshavnda 3:0 hesabıyla məğlub etməklə gerçəkləşib. Buna Qurban Qurbanovun baş məşqçilyi altında nail olan millimiz eyni zamanda ilk dəfə keçirilən bu turnirdə ilk qələbəsini qazanıb. 

 

Bu, millimizin 9-cu böyükhesablı qələbəsi olub. Bunlardan 5-i yerli, 4-ü əcnəbi baş məşqçilərin payına düşür. Ən çox belə nəticə almaniyalı sabiq baş məşqçi Berti Foqtsun dövründə qeydə alınıb - 3. Qurbanov bu sırada 2-ci pilləyə yüksəlib. Daha biri, ən böyükhesablı qələbəsi xorvatiyalı Robert Prosineçkinin payına düşür. Qurbanovadək yerli çalışdırıcılardan Kazbek Tuayev, Vaqif Sadıqov və Əhməd Ələsgərov hərəyə 1 dəfə böyükhesablı qələbəyə sevinib. 

 

Bu, Qurbanovun millinin baş məşqçisi kimi 9-cu matçında 3-cü qələbəsi olub. Qırğızıstana Bakıdakı yoldaşlıq görüşündə də 3:0 hesablı qələbəyə sevinən yığmamız Latviyayla Riqadakı sınaq matçında da az qala bu qalibiyyəti əldə edəcəkdi. Di gəl ki, rəqib son saniyələrdə qapımıza yol tapmaqla böyükhesablı qələbəmizə imkan vermədi - 3:1. Qurbanov millidə digər 6 görüşdən 4-də heç-heçə edib, 2-də uduzub (topların fərqi 11-7).

 

Qeyd edək ki, millimizin bunadək səfərdə 2 rəsmi qələbəsi olmuşdu. Bu, ilk dəfə 9 il öncə almaniyalı Berti Foqtsun vaxtında Lixtenşteyni 2:0 hesabıyla məğlub etməyimizlə reallaşıb. Bundan 6 il sonra isə xorvatiyalı Robert Prosineçki millimizlə San-Marinonu onun meydanında məğlub edib - 1:0. Göründüyü kimi, Azərbaycan yerli mütəxəssislə ilk dəfə səfərdə rəsmi oyunda qələbəyə sevinib və 46 yaşlı Qurbanov bununla da adını futbol tariximizə yazdırıb. 

 

 

Millimizin böyükhesablı qələbələri

 

27 fevral 1996-cı il

Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Farer adaları – 3:0

Baş məşqçi: Kazbek Tuayev

 

22 mart 1997-ci il

Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkmənistan – 3:0

Baş məşqçi: Vaqif Sadıqov

 

5 iyun 1999-cu il

Bakı. AVRO-2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Lixtenşteyn – 4:0

Baş məşqçi: Əhməd Ələsgərov

 

27 fevral 2012-ci il

Dubay. Yoldaşlıq görüşü. Azərbaycan – Hindistan – 3:0

Baş məşqçi: Berti Foqts

 

15 avqust 2012-ci il

Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Bəhreyn – 3:0

Baş məşqçi: Berti Foqts

 

14 avqust 2013-cü il

Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Malta – 3:0

Baş  məşqçi: Berti Foqts

 

4 sentyabr 2017-ci il

Bakı. DÇ-2018-in seçmə oyunu. Azərbaycan – San-Marino – 5:1

Baş məşqçi: Robert Prosiençki

 

29 may 2018-ci il.

Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Qırğızıstan – 3:0

Baş məşqçi: Qurban Qurbanov

 

11 oktyabr, 2018-ci il

Torshavn. Millətlər Liqası. Farer adaları - Azərbaycan - 0:3

Baş məşqçi: Qurban Qurbanov

 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB