TOP 10

Nazarov Dadaşovla yaxşı anlaşmasından danışdı: "Rəqibin qırmızı vərəqə almasını istəyirdik"

Futbol
Tarix: 2018-10-12 02:40

"Çox çətin hava şəraiti vardı. Meydançanın da ot örtüyü süni idi. Biz belə meydanda oynamağa öyrəşməmişik. İlk dəqiqələrdən rəqib təzyiq göstərdi. Biz komanda şəklində çıxış edirdik. Öz şansımızı gözləyirdik. Onu da yaxşı dəyərləndirdik. Komandamız yaxşı oynadı. Fərdi yox, komanda şəklində yaxşı oyun sərgilədik. Biz qələbəyə daha layiq idik. Şadam ki, 3 xalı qazana bildik". Sport24.az-ıaz Torshavna ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov UEFA Millətlər Liqasında Farer adaları yığmasına səfərdə 3:0 hesabıyla qalib gədlikləri matçdan sonra keçirdiy brifinqdə bildirib.

 

Almaniyanın II Bundesliqa təmsilçisi "Aue"nin yarımmüdafiəçisi jurnalistlərin suallarını cavablandırıb.

 

.- Vurduğun qol barədə nə deyə bilərsən? Sanki Rüfət Dadaşovla bir-birinizi yaxşı başa düşürdünüz...

 - Rüfətin yenidən milliyə qayıtması üçün çox şadam. Məşqdə də bir-birimizi yaxşı başa düşdüyünümüzü anladıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçimiz də bizi bu matça yaxşı hazırlaşdırıb. Ən vacibi odur ki, qələbə qazandıq.

 

- Sanki oyun ərzində rəqib futbolçu Hallur Hansson ilə mübahisə edirdin...

 - Heç bir problemimiz yoxdu. Bu futboldu, belə hallar olur.

 

- Rəqib sarı vərəqə alandan sonra Rüfət Dadaşov da onunla mübahisə edirdi. Bu bilərəkdən edilirdi ki, həmin oyunçu qırmızı vərəqə alsın?

- Sarı vərəqə alandan sonra Rüfət ona qarşı oynamağa başladı. Rəqibin qırmızı vərəqə almasını istəyirdik. Oyun gedə-gedə rəqibi zəiflətmək istədik. Futbol belə idman növüdür. Bu normal haldı.

 

- Komandanı Bakıya uzun səfər gözləyir. Milli Malta ilə oyuna kimi bərpa olacaqmı?

- Malta da bu gün oynayıb. Onlar da Bakıya gələcəklər. Biz buna öyrəşmişik. Əsas odur ki, növbəti oyunu doğma meydanda oynayacağıq və qələbə qazanmaq istəyirik.

 

CEYHUN ƏLİYEV, Torshavn

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB