TOP 10

Rüfət Kosovoya çatmağımızı real sayır: "Dəqiq bilirdim ki, həmin mövqeyə Nazarov açılacaq"

Futbol
Tarix: 2018-10-12 02:28

"Yaxşı oyun alındı. Çalışırdıq ki, baş məşqçinin tapşırıqlarını yetirək". Bu fikirləri Sport24.az-ın Farer adalarına ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov bildirib.

 

UEFA Millətlər Liqasında ilk qələbəni qazandığımız - Torshavnda farerliləri 3:0 hesabıyla məğlub etdiyimiz görüşün iştirakçısı olan Almaniyanın "Proyssen" klubunun hücumçusu uğurlu nəticəni dəyərləndirib. Onun fikrincə, rəqibə oyunumuzu diqtə edə bildik: "Fikrimcə, baş məşqçinin tapşırıqlarını uğurla yerinə yetirdik. Önəmli deyil, qol vurdum ya yox. Əsas qələbə qazanmaq və Azərbaycan futbolsevərlərini sevindirmək idi. Bu matçı unudub Malta ilə qarşılaşmaya köklənməliyik".

 

Rüfət 4 illik fasilədən sonra millimizə dönüşünü məhsuldar ötürməylə qeyd edib. Belə ki, məhz onun ötürməsindən sonra Almaniyada legioner həyatı yaşayan digər milli üzvümüz - yarımmüdafiəçi Dmutri Nazarov fərqlənib. Necə deyərlər, Azərbaycan yığmasında almansayağı qol olub. Dadaşov bu qolu belə şərh edib: "Dəqiq bilrdim ki, həmin mövqeyə Dmitri Nazarov açılacaq. Fiziki durumumuza gəlincə, Maltayla matçadək bərpa oluna bilərik. Axı, biz peşəkarıq. Kosovolulara çatmağa gücümüz var. Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq".

 

Qeyd edək ki, hazırda qrup lideri olan Kosovodan 2 xal geri qalan millimiz Maltanı oktyabrın 14-də Bakı Olimpiya Stadionunda qəbul edəcək.

 

CEYHUN ƏLİYEV, Torshavn

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB