TOP 10

Qara Qarayev qapıda da durmağa hazırdı: "Düşünmürəm ki, çıxartdığım toplara görə xüsusi təşəkkür alacam"

Futbol
Tarix: 2018-10-12 02:11

Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasının III turunda səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinq keçirib. 26 yaşlı yarımmüdafiəçi Sport24.az-ın ada ölkələrinə ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.

 

- Komanda ilk iki oyunda qələbə qazana bilmədi. Bu gün isə 3:0 hesablı qələbəyə sevindi. Bu yüksəlişin səbəbi nədədi?

- Əvvəlki oyunlarda olduğu kimi bu oyuna da yaxşı hazırlaşmışdıq. Hər qarşılaşmaya eyni motivasiya ilə çıxırdıq. Bundan öncəki oyunlarda imkanlardan yararlana bilmirdik. Buna görə oyunlar bizim üçün ağırlaşırdı. Bu görüşdə hesabda önə çıxmağımız bizə əlavə motivasiya verdi. Həmin andan sonra bu oyunda qalibiyyəti əldən verməməyi başa düşdük. Düşünürəm ki, yaxşı nəticə qazandıq. Bunu qoruyub saxlamaq lazımdır. Ən çətin dövr indi başlayır. Vaxtımız da azdı. Yenidən uzun bir yol qət edəcəyik. İnanıram ki, azarkeşlərin də dəstəyi ilə Malta matçında da yaxşı oyun sərgiləyəcəyik.

 

- Boş qapıdan iki vacib top çıxartdın...

- Düşünmürəm ki, çıxartdığım toplara görə xüsusi təşəkkür alacam. Bu, işimdi. Komandama faydalı olacamsa, lazım gəlsə boş qapıdan top çıxardacağam. Lazım olsa qapıda da dayanacağam. Bu epizodlara görə xüsusi təşəkkürü fikirləşməmişdim. Borcumdu. Sevinirəm ki, bunun öhdəsindən gələ bildim.

 

 

- Üç gündən sonra Malta ilə vacib oyunumuz var. Azərkeşlərə nə sözün var?

- Azarkeşlərə yalnız xoş sözlər deyə bilərik. Onlar həmişə bizi dəstəkləyiblər. Həmişə olduğu kimi milli komandanı dəstəkləsinlər. Necə ki, bunu edirlər. Bundan öncə tənqidlər də olub. Bu da normaldır. Hamısına təşəkkürümüzü bildiririk. Onların dəstəyi bizim üçün vacibdi.

 

CEYHUN ƏLİYEV, Torshavn

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB