TOP 10

Almeyda qələbəni Azərbaycan xalqına həsr etdi: "Çox məmnunam ki, dublumla onları sevindirə bildim"

Futbol
Tarix: 2018-10-12 02:02

“Çətin oyun oldu. Çalışdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Buna da müəssər olduq. Asan deyildi, amma buna baxmayaraq, oynadıq. Bütün komandanı 3 xal münasibətilə təbrik edirəm. Bu qələbəni Azərbaycan xalqına həsr edirik”. Spor24.az-ın ada ölkələrinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Riçard Almeyda deyib. UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə səfər matçından sonra jurnalistlərin suallarını cavablandıran legioner 3:0 hesablı qələbəni şərh edib

 

- İlk hissədə sanki çətinlik çəkirdiniz? Bu, süni meydança ilə bağlı idi?

- Səfər oyunlarında sözsüz ki, həmişə üstünlük ev komandalarında olur. Biz də ilk 15 dəqiqədə bir az çətinlik çəkdik. Rəqibin start təziyiqinə tab gətirdik və sonradan öz oynumuzu göstərməyə başladıq. Top saxlamağa çalışırdıq, bu da alındı. Qollarımızı vurduq, rəqibə də qol şansı yaratmağa imkan vermədik.

 

- Etdiyin dubl haqda düşüncələrin necədi?

- İki qol vurduğum üçün yox, bu qolların Azərbaycan futboluna kömək etməsinə görə şadam. Bilirsiniz ki, neçə ildir bu ölkədəyəm, Azərbaycanı çox sevirəm. Çox məmnunam ki, bu gün qollarımla Azərbaycan xalqını sevindirə bildim.

 

- Qarşıdakı oyun haqqında nə fikirləşirsən?

- Çətin oyun olacaq. Bizi Bakıya uzun və çətin yol gözləyir. Ora çatan kimi məşqləri bərpa edib, ciddi şəkildə və yüzfaizlik konsentrasiya ilə Malta matçına hazırlaşacağıq.

 

CEYHUN ƏLİYEV, Torshavn

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB