TOP 10

Elxan Məmmədov: "Baş məşqçinin tövsiyələrini nəzərə alaraq komandaya mükafat təyin edirik"

Futbol
Tarix: 2018-10-12 01:29

“Bugünkü qələbə komandanı yenidən oyuna, ilk pillə üçün mübarizəyə qaytardı. Bu çox vacib idi. Əsas odur ki, 1:0 öndə olarkən komanda müdafiə olunmaq əvəzinə irəli getdi və 3 qol vurduq. Bu da vacib məqam idi. Ümid edirəm ki, növbət oyunda da millimiz gözəl oyunla qələbə qazanacaq”. Sport24.az-ın ada ölkələrinə ezam olunmuş əməkdaşı xəbər verir ki,  bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Millətlər Liqasının III tur matçında Farer adaları – Azərbaycan matçından sonra keçirdiy brifinqdə bildiirb.

 

Baş katib jurnalistlərin suallarını cavablandırıb.

 

- Yığma komandanın Millətlər Liqasında mükafatı necə müəyyənləşib? Hər oyun üçün ayrıca məbləğ təyin olunub, ya qrupdan çıxmaq üçün ümumi mükafat nəzərdə tutulub?

- Təbii ki, biz baş məşqçi ilə məsləhətləşirik, onun tövsiyələrini nəzərə alaraq mükafat təyin edirik. Əlbəttə, birinci yer bizim üçün çox vacibdi, məqsədimiz bu yeri əldə etməkdir. Amma baş məşqçi komandanın psixoloji vəziyyətini daha yaxşı bilir və hansı anda nə etmək lazım olduğuna o qərar verir. Komandamız da Millətlər Liqasını fürsət kimi görür və ilk növbədə birinci yeri tutmaq istəyir.

 

- Hava durumu ilə əlaqədar olaraq oyunun təxirə düşmə ehtimalı rəsmilər arasında müzakirə olundumu?

- Biz də izləyirdik və UEFA nümayəndəsi ilə əlaqə saxlayırdıq. Oyuna 2 saat, 1 saat və 45 dəqiqə qalmış hakimlərlə əlaqə saxladıq, özümüz də stadionda gördük ki, hava açılır və matçın oynanmasına qərar verildi.

 

 

CEYHUN ƏLİYEV, Torshavn

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB