TOP 10

Almeydanın "siftə"si dublla gəldi, 3-ə çatdı

Futbol
Tarix: 2018-10-12 01:00

Riçard Almeyda Azərbaycan millisinin heyətində rəsmi oyunlarda qol hesabını açıb. Sport24.az xəbər verir ki, Qazaxıstanın "Astana" klubunda çıxış edən 29 yaşlı milliləşdirilən braziliyalı yarımmüdafiəçi bunu dublla reallaşdırıb.

 

Almeydanın millimizdə ilk dublu Farer adaları ilə UEFA Millətlər Liqasının səfər matçına təsadüf edib. 

 

O, Torshavn şəhərindəki "Torsvollur" stadionundakı qarşılaşmanın 28-ci dəqiqəsində hesabı açıb, 86-cı dəqiqədə isə penaltidən vurduğu qolla darmadağını rəsmiləşdirib - 3:0.

 

Qeyd edək ki, millidə artıq hesabında 3 qol olan Riçard  ilk dəfə martın 27-də Türkiyənin Antalya şəhərində Makedoniya ilə 1:1 hesablyla yekunlaşan yoldaşlıq görüşündə penaltidən fərqlənib. Bu, Qurbanovun dövründə millimizin ilk qolu kimi tarixə düşüb. 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB