TOP 10

Millimizin start heyəti açıqlandı - sürpriz isim var

Futbol
Tarix: 2018-10-11 21:31

UEFA Millətlər Liqasında D qrupunda az sonra keçiriləcək Farer adaları - Azərbaycan matçına heyətlər açıqlanıb. Sport24.az xəbər verir ki, millimizin baş məşqçisi Qurban Qurbanov ötən oyunla müqayisədə start "11-liy"ində bir neçə dəyişiklik edib.

 

Ən böyük gözlənilməzlik Rahil Məmmədovun ilk dəqiqələrdən meydanda olmasıdı. Görünür, Rahlin ucaboylu olması yaxşı fiziki göstəricilərə malik farerliilərlə görüşdə faydalı olacağı nəzərə alınaraq belə addım atılıb. Məmmədov "Qarabağ"da da komanda yoldaşı olan Bədavi Hüseynovla birgə müdafiənin mərkəzində duet təşkil edəcək. Belə olan halda, Maksim Medvedev ona doğma olan müdafiənin sağ cinahında çıxış edəcək. Müdafiənin sol cinahı isə bunadək sağda oynayan Pavel Paşayevə tapşırılıb.

 

Qara Qarayev müdafiənin önündə, Riçard Almeyda dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edəcək. Qurbanov milliyə qaytardığı Araz Abdullayevə, habelə Mahir Mədətova yarımmüdafiənin cinahlarında yer verib. Oyun qurucusu Dmitri Nazarov 4 illik fasilədən sonra milliyə qayıdan hücumçu Rüfət Dadaşovu topla təchiz edəcək.

 

Farer adaları: 1. Gunnar Nielsen, 3. Viljormur Davidsen, 4. Atli Gregersen (k), 6. Hallur Hansson, 7. Kaj Bartalsstovu, 8. Brandur Hendriksson, 9. Gilli Sorensen, 10. Finnur Justinussen, 14. Joan Edmundsson, 15. Odmar Faero, 16. Rene Joensen
 

Ehtiyat oyunçular: 12. Teitur Gestsson, 23. Kristian Joensen, 2. Magnus Egilsson, 11. Heini Vatnsdal, 13 Alex Mellemgaard, 17. Gunnar Vatnhamar, 19. Rogvi Baldvinsson, 20. Eli Nielsen, 21. Klemint Olsen, 22. Pol Johannus Justinussen
 

Baş məşqçi: Erik Olsen

 

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Аraz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov

 

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Urfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə
 

Baş məşqçi: Qurban Qurbanov

 

 

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB