TOP 10

Millimizin oyunu öncəsi kəskin hava şəraiti - FOTOFAKT

Futbol
Tarix: 2018-10-11 21:17

Millətlər Liqasının III turu çərçivəsində Farer adalarının qonağı olan Azərbaycan millisinin oyunu dumanlı hava şəraitində keçəcək. Sport24.az-ın adalara ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyunun start fitinə 2 saatdan az vaxt qalmış hava şəraiti heç də futbol üçün əlverişli deyil.

 

Hazırda stadionun üzərini duman bürüyüb və yağış yağır. Lakin buna baxmayaraq, oyunun təxirə salınmaq ehtimalı demək olar ki, yoxdu. Bütün hallarda, mövcud hava şəraitini qələbə üçün oynayacaq millimiz üçün əlverişli adlandırmaq olmaz.

 

Qaydalara əsasən meydanın mərkəzindən qapı görünmədiyi təqdirdə, oyun təxirə salınır. Lakin aşağıda təqdim etdiyimiz fotodan görünür ki, meydanın bu başından əks istiqamətdəki qapı görünür.

 

 

Qeyd edək ki, Farer adaları – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
 

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB