TOP 10

Əvvəl "qara tarix" idi, indisə...

Futbol
Tarix: 2018-10-11 20:45

Azərbaycan milli komandası 26 illik tarixində 10-cu dəfə oktyabrın 11-də oyun keçirəcək. Sport24.az xəbər verir ki, millimizin bunadək həmin tarixdə çıxdığı qarşılaşmalar seçmə mərhələ çərçivəsində olub. 

 

İndiyədək 11 oktyabrda dünya və Avropa çempionatının seçmə mərhələsində oynayan yığmamız bu dəfə yeni turnirdə - UEFA Millətlər Liqasında meydana çıxacaq.

 

Tarix bu günün bizim üçün əsasən uğursuz olduğunu göstərir. Belə ki, Azərbaycan oktyabrın 11-də cəmi 1 dəfə qalib gəlib. Bu, düz 5 il öncə "Bakcell Arena"da Şimali İrlandiya yığması üzərində 2:0 hesablı qələbə olub. Millimiz bugünkü tarixdə son matçında 2 il öncə Ostravada Çexiya yığmasıyla qolsuz bərabərlik edib. 

 

Oktyabrın 11-i adətən seçmə mərhələyə yekun vuran tarix olub. Millimiz bu gündə Türkiyədə 2 dəfə səfərdə 0:1 hesabıyla yenilib. Digər səfər matçlarında isə böyükhesablı məğlubiyyətlərimiz qeydə alınıb - İsveçrəyə 0:5, İtaliyaya 0:4, Belçikaya 0:3. Daha 2 məğlubiyyət İsrailə 0:2, Finlandiyaya 0:1 hesabıyla olub. 

 

Qeyd edək ki, millimiz üçün 11 oktyabr tarixi uzun illər uğursuz idisə, nəinki məğlubiyyət alır. qol da vura bilmirdiksə, son 2 matçda mənzərə tam dəyişib. Təsadüfi deyil ki, bugünkü tarixdə nəinki yenilmirik, qapımızın toxunulmazlığını da saxlaya bilirik. 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB