TOP 10

Soyuq skandinavlarla xoş xatirələr: Qurban Qurbanov şimallılara məğlubedilməzdi!

Futbol
Tarix: 2018-10-11 16:04

Azərbaycan millisi Skandinaviya təmsilçisi ilə növbəti qarşılaşmasını keçirəcək. Sport24.az xəbər verir ki, millimiz 26 illk tarixində Farer adaları yığması bu gün ilk rəsmi görüşə çıxacaq. Bunadək olan yeganı qarşılaşma - 1996-cı iin fevralın 27-d Kiprin Larnaka şəhərində yoldaşlıq görüşü çərçivəsində olub və Kazbek Tuayevin baş məşqçiyi dövründə 3:0 hesablı qələbə qazanmışıq.

 

Məlumdu ki, Avropanın şimalında yerləşən Skandinaviya yarımadasında 6 ölkə İsveç, Norveç, Finlandiya, İslandiya, Danimarka və Farer adaları yetləşir. Bunlardan indiyədək danimarkalılarla ümumiyyətlə, milli səviyyəsində qarşılaşmamışıq. İslandiya ilə yeganə matçımız almaniyalı Berti Foqtsun baş məşqçilyii vaxtı yoldaşlıq görüşündə olub və Reykyavikdə 1:1 hesablı bərabərliyə qalmışıq.

 

Millimizin İsveçlə hər 2 matçı seçmə mərhələdə - DÇ-2012-də İqor Ponomaryovla olub - evdə 0:1, səfərdə 0:3. Bu rəqiblə bağlı ən maraqlı məqam millimizdə ən çox oyun keçirən sabiq kapitan Rəşad Sadıqovun debütünün 17 il öncə onlara qarşı olmasıdı.  

 

Norveçlə 6 görüşümüz də rəsmi xarakter daşıyıb. Bunların 1-də qalib gəlmişik (1:0), 1-də heç-heçə etmişik (0:0), 4-də uduzmuşuq (0:5, 0:2 və 2 dəfə 0:1). Norveçlilərdən xal aldığımız matçlarda millimizin baş məşqçisi xorvatiyalı Robert Prosineçki olub. 

 

Skandinavlar arasında milli səviyyəsində ən çox Finlandiyayla görüşmüşük və bu 8 qarşılaşmanın hamısı seçmə tsikl matçlarıdı. Finlər yığmamıza 3 dəfə 2:1, hərəsində 2 dəfə 3:0 və 1:0 hesabıyla qalib gəlib, 1 dəfə isə 0:1 hesabıyla uduzub. Onlar ən çox qarşılaşan baş məşqçimiz Vaqif Sadıqovdu - 3 dəfə. Təcrübəli mütəxəssisin millimizdən 2-ci gedişinin səbəbkarı da məhz finlər olub. 

 

Millimizin hazırkı baş məşqçisi Qurban Qurbanov isə skandivalarla 10 ildir çalışdırdığı "Qarabağ"la görüşüb. Farer adaları ilə avrokuboklarda yeganə duelimiz də məhz Qurbanovlu "Qarabağ"ın aktivindədi. 2011-ci ildə Avropa Liqasının II təsnifat mərhələsində səfərdə 1:1, evdə qolsuz heç-heçə edən ağdamlılar rəqib meydanında vurduqları qolla cütün qalibi olublar.

 

Qurbanovun 2009-cu ildə "Qarabağ"la Avropa arenasıda debüt mövsümündə ilk 2 rəqibi məhz skandinavlar olub. O, debütdə Norveçin "Rusenborq" klubu üzərində tarixi zəfər yaşayıb - səfərdə 0:0, evdə 1:0, növbəti mərhələdə isə Finlandiyanın "Honka" klubunu hər 2 matçda məğlub edib - səfərdə 1:0, evdə 2:1.

 

"Qarabağ"ın Qurbanovla skandinavlarla sonrakı 2 duelləri Avropa Liqasında İsveç təmsilçiləriylə olub. Öncə 2013-cü ildə "Gefle"ni evdə 1:0, səfərdə 2:0 hesabıyla məğlub etməklə pley-offa vəsiqə qazanmışıq. Qurban Qurbanovun yetirmələri 2016-cı ildə isə həmin turnirin artıq pley-off mərhələsində "Höteborq"i (səfərdə 0:1, evdə 3:0) yenməklə tarixində 3-cü dəfə qrupa düşüb.

 

Nəhayət, ən böyük zəfərimiz də skandinavlarla bağlıdı. Bu, "Qarabağ"ın 2017-ci ildə Çempionlar Liqasının pley-offf mərhələsində Danimarkanın "Kopenhagen" klubunu məğlub etməklə (evdə 1:0, səfərdə 1:2) Avropanın ən nüfuzlu klub turnirində qrupa düşən ilk təmsilçimiz olmasıdı.

 

Göründüyü kimi, Qurbanov soyuq skandinavlarla bu 6 duelindən hamısında sonda qalib olub. Onlar arasında yalnız İslandiyadan "Qarabağ"a rəqib düşən olmayıb.

 

Maraqlıdı ki, Adğdam klubunun 1996-cı ildən başlayan avrokuboklar yolunda debütü də məhz skandinavlara qarşı olub. Bu, artıq tarixin yaddaşına köçən Kuboklar Kubokunda Finlandiyanın "MüPa-47" klubuna qarşı olub. Onda evdə 0:1 hesabıyla uduzan "Qarabağ" səfərdə Bəxtiyar Musayevin vurduğu qolla həmin hesabla qalib gəldiyindən əlavə vaxt təyin olunub. Burda son dəqiqələrdə qol buraxaraq 1:1 hesablı bərabərliyə qalan ağdamlılar mübarizəni dayandırsa da, avrokuboklar tariximizə səfərdə ilk xal qazandıran komandamız kimi düşüb.

 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB