TOP 10

"Neftçi" I dövrədə - statistika nə deyir?

Futbol
Tarix: 2018-10-11 15:11

"Neftçi” Topaz Premyer Liqasında ilk dövrəni lider kimi bitirib. Sport24.az xəbər verir ki, 7 turdan sonra 19 xal toplayan Roberto Bordinin komandası əqiblərini geridə qoyub.

 

Hesabında 6 qələbə, 1 heç-heçə olan flaqman rəqib qapılarından hamıdan çox – 15 top keçirib, öz qapısından hamıdan az – 3 top buraxıb. Yeri gəlmişkən, bu mövsüm qeydə alınmış ən böyükhesablı qələbə də "Neftçi”yə məxsusdu. Komanda VI turda "Səbail”in qapısından 4 cavabsız top keçirib.

 

 

8 futbolçu – Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Baqali Dabo, Soni Mustivar, Qoran Paratski, Tural Axundov, Dario Frederiko və Mirabdulla Abbasov bütün oyunlarda meydana çıxıblar. Bunlardan yalnız Səlahət Ağayev və Məhəmməd Mirzəbəyov əvəzlənməyiblər.

 

"Neftçi”nin heyətində rəqib qapıçılarını ən çox məyus edən futbolçu Baqali Dabodu – 4 qol. Dario Frederiko 3 dəfə adını tabloya yazdırıb. Emin Mahmudov, Mirabdulla Abbasov və Qoran Paratski 2 qolun müəllifidi. Kvame Karikari və Anton Krivotsyuk isə 1 dəfə qol sevinci yaşayıblar.

 

Cəzalandırılmış futbolçularımıza gəlincə, ən çox sarı vərəqə alan Anton Krivotsyukdu – 4 dəfə. Müdafiəçi məhz bu səbəbdən VII turda "Sabah”la oyunu buraxmışdı. Tural Axundovun 2 "sarı”sı var. Məhəmməd Mirzəbəyov, Soni Mustivar, Emin Mahmudov və Qoran Paratski hərəyə bir dəfə hakimləri əlini cibinə atmağa vadar ediblər. Slavko Braliç isə "Neftçi"nin ilk dövrədə qırmızı vərəqə alan yeganə futbolçusudu. Son turda iki sarı vərəqəyə görə qarşısında "qırmızı” görmüş xorvatiyalı müdafiəçi məhz bu səbəbdən "Qəbələ” ilə matçı buraxacaq.

 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB