TOP 10

Farerli müdafiəçi millimizə tez qol vurmağın vacibliyinə toxunub: "Azərbaycana uduzmamalıyıq, əks halda..."

Futbol
Tarix: 2018-10-11 14:18

"Bizi iki ağır oyun gözləyir - Azərbaycan və Kosovo ilə matçlar. İndi isə fikrimizi yalnız Azərbaycanla oyuna yönəltmişik”. Sport24.az xəbər verir ki, Azərbaycana uduzmamalıyıq. Əks halda, Kosovonu özümüzdən çox irəli buraxacağıq”. Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin UEFA Millətlər Liqasında rəqibi olan Farer adaları yığmasının futbolçusu Qreqersen bildirib.

 

Müdafiəçinin sözlərinə görə, millimizlə bu gün ev matçına yaxşı hazırlaşıblar: "Sadəcə, bu fəsil üçün hava çox soyuqdur. Amma hava haqda deyil, qələbə qazanıb qrup lideri olmaq barədə düşünməliyik. Azərbaycan yığması yaxşı komandadı. Topla yaxşı oynayan texnikalı futbolçuları var. Fikrimcə, onlarla matçda tez qol vurmalıyıq. Bu zaman qarşılaşmada üstünlük bizə keçəcək. Oyuna nəzarəti itirməməli və diqqətli olmalıyıq”.

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB