TOP 10

Rəqibini vuran futbolçuya 5 oyunluq cəza

Dünya Futbolu
Tarix: 2018-10-11 13:43

Futbol üzrə Fransa çempionatının 9-cu turunda “Renn”lə ev oyununda qırmızı vərəqə alan“Monako”nun futbolçusu Andrea Raccinin cəzası bəlli olub. Sport24.az xəbər verir ki, 34 yaşlı müdafiəçi komandasının növbəti 5 oyununda iştirak edə bilməyəcək. Bu barədə məlumatı Fransa mətbuatı yayıb.

 

Qeyd edək ki, Racci rəqib futbolçuya bilərəkdən əllə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmış və 45-ci dəqiqədə meydandan qovulmuşdu. “Monako” bu oyunda “Renn”ə 1:2 hesabıyla uduzmuşdu.

 

Racci 2012-ci ildə İtaliyanın “Bolonya” klubundan transfer edilib. Onun indiki komandası isə cari çempionatda 9 tudan sonra 6 xalla 18-ci pillədə qərarlaşıb.
 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB