TOP 10

Malta millisinin baş məşqçisi: "Bakıya qalib kimi yollansaq, orda da şansımız çox olacaq"

Futbol
Tarix: 2018-10-11 13:20

"Bizi qarşıda iki çətin səfər oyunu gözləyir. Bu görüşləri səbirsizliklə gözləyirəm". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında rəqibi olan Malta yığmasının baş məşqçisi Rey Farruciya bildirib. 

 

Kosovo və Azərbaycan yığmalarıyla səfər matçları öncəsi fikrilərini açıqlayan təcrübəli mütəxəssis öncə ilk rəqibi dəyərləndirib: "Kosovo yığmasını yaxşı təhlil etmişik, iki matçda yaxşı oyun nümayiş etdirib. Güclü rəqibdi və ola bilər ki, qrupun qalibi olmağa əsas favoritdi. Ötən matçlarda güclü müqavimətlə üzləşdik və bu mənada qarşıdakı görüşlərdə nəticə bizim üçün vacibdi. Bütün futbolçular maksimum güclərini qoysalar, bugünkü qarşılaşmada müsbət nəticə əldə bilərik".

 

Farruciya kosovolulara qarşı oynayacaqları taktiki sxemə də toxunub: "5-4-1-lə çıxış edəcəyik. Azərbaycanla son matçımızla müqayisədə bəzi dəyişikliklər olacaq. Çünki heyətdə bir sıra itkilərimiz var. Yeni futbolçulara şans vermək istəyirəm. Çünki gənc futbolçular milli komandamızın gələcəyidi".

 

Maltalıların çalışdırıcısı hesab edir ki, Kosovodakı bugünkü qarşılaşmanın nəticəsi 3 gün sonra keçiriləcək Azərbaycanla matça da təsir edə bilər: "Priştinadan Bakıya qalib kimi yollansaq, orda da şansımız çox olacaq. Komandam həmişə qələbə qazanmaq üçün oynayır. Kosovoya da qələbə üçün gəlmişik. Mən və köməkçilərim yığmanı dəyişdirməyə çalışırıq. Düzgün yolda olduğumuzu fikirləşirəm. Millətlər Liqası fərqli komandalara qarşı oynamağımıza imkan verir. Buna görə də  bizim üçün çətin turnirlərdən biri olduğunu düşünürəm".

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB