TOP 10

Millimiz dünya çempionatlnda çıxışını məğlubiyyətlə başa vurdu

Voleybol
Tarix: 2018-10-11 10:32

Azərbaycanın qadın voleybolçulardan ibarət Amilli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. Sport24.az xəbər verir ki, F qrupunda yer alan Faiq Qarayevin yetirmələri 2-ci mərhələnin 4-cü oyununda da uduzub.

 

Yığmamız Bolqarıstan millisiylə Osaka şəhərində baş tutan görüşdə 0:3 hesabıyla uduzub - 19:25, 20:25, 20:25.

 

Bunadək İtaliya, Çin və Türkiyə yığmalarına yenilən Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Komanda bu mərhələni bütün matçda uduzaraq 6 xalla sonuncu – 8-ci pillədə başa vurub.

 

Bu gün F qrupunda İtaliya - ABŞ, Türkiyə - Tailand, Çin - Rusiya oyunları keçiriləcək. İtaliya 24 xalla hazırda qrup liderdi və 3 yeri tutanlar III mərhələyə vəsiqə qazanacaqlar.

 

 

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB