TOP 10

Millətlər Liqasında Azərbaycanın ilk qələbəsi!

Futbol
Tarix: 2018-10-12 00:36

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan yığması da sözügedən turnirdə növbəti matçına çıxıb.

 

Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Farer adaları ilə qarşılaşır. 

 

Xatırladaq ki, Azərbaycan yığması ilk turda Bakıda Kosovo (0:0), səfərdə Malta ilə (1:1) bərabərə qalıb. Farer adaları isə ilk turda Maltaya 3:1 hesabıyla qalib gəldiyi halda, səfərdə Kosovoya 0:2 uduzub.

 

Bu gün millimizin yer aldığı qrupun digər matçında Kosovo evdə Malta ilə qarşılaşır.

 

UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup

11 oktyabr

 

Farer adaları - Azərbaycan 0:3 

QOLLAR: R.Almeyda,28, 86 (pen.). D.Nazarov, 67.
Baş hakim: Aleksey Yeskov.
Baş hakimin köməkçiləri: Dmitri Mosyakin, Anton Averianov.
Dördüncü hakim: Valeri Dançenko.
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Mixail Vilkov (Hakimlər briqadası Rusiyadandı).
 

Farer adaları: 1. Gunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atil Qreqersen (k), 6. Hallur Hansson, 7. Kay Bartalsstovu, 8. Brandur Hendriksson, 9. Gilli Sorenson, 10. Finnur Yustinussen, 14. Yoan Edmundsson, 15. Odmar Faero, 16. Rene Yoensen.
Ehtiyat oyunçular: 12. Teytur Gestsson, 23. Kristian Yoensen, 2. Maqnus Eqilsson, 11. Heini Vatnsdal, 13. Aleks Mellemqaard, 17. Gunnar Vatnhamar, 19. Roqvi Baldvinsson, 20. Eli Nilsen, 21. Klemint Olsen, 22. Pol Yohannus Yustinussen.
Baş məşqçi: Lars Olsen.
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.

 

Dəq.5: Meydan sahibləri oyuna çox fəal başlayıblar. Artıq Kamran Ağayevin qapısı qarşısında iki künc zərbəsi ifa ediblər. Komandamız start həyəcanını boğa bilmir.

Dəq.10: Yığmamız tempi bir qədər öldürərək, oyunu mərkəzə keçirə bilib.

Dəq.15: Qurban Qurbanovun yetirmələri sürüşkən meydançaya yavaş-yavaş adaptasiya olurlar. İndi bizə sürəti artırmaq lazımdı.

Dəq.20: Oyunu meydançanın rəqibə aid hissəsinə keçirmişik. Lakin hələlik yalnız Rüfət Dadaşovun çərçivəni tapmayan baş zərbəsiylə yarımepizod yaradılıb.

Dəq.25: Millimiz Araz Abdullayevin uzaq məsafədən zərbəsi ilə yadda qaldı. Lakin yarımmüdafiəçinin vurduğu top qapının üstündən keçir.

Dəq.28: QOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOLLL!!! Rİçard Almeyda hesabı açdı!!! 

Araz Abdullayevin qapı qarşısına parallel ötürməsindən sonra Riçard Almeyda qarışıqlıqdan istifadə edərək hesabı açır.

Dəq.35: Meydan sahibləri hücumlarının kəsərini artırıblar. Epizodların birində Qara Qarayev topu boş qapıdan çıxardı. Millimiz tempi aşağı salmağa çalışır.

Dəq.40: Temp bir qədər aşağı düşüb.

Fasilə

Dəq.50: Oyun meydanın mərkəzində keçir.

Dəq.55: Kamran Ağayev müdafiəçimizdən ötürməni qəbul etdikdən sonra yerə yıxılır. Rəqib hücumçunun şığıdığını görən qolkiperimiz topu tutur. Nəticədə qapımıza 6 metrlikdən sərbəst zərbə təyin edilir. Lakin bu epizoddan adalılar istifadə edə bilmirlər. 

Dəq.67: QOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOLLL!!! Rüfət Dadaşovun ötürməsindən sonra digər "alman" futbolçumuz - Dima Nazarov 2-i qolu meydan sahiblərinin qapısından keçirir.

Dəq.75: Bax, indi millimiz oyunun ipini əlinə yığıb. Sakit, təmkinli oyunla rəqibi topsuz qoymuşuq.

Dəq.83: Tərəflər hərəyə bir dəfə fərqlənməyə yaxın oldu. Əvvəlcə Rüfət Dadaşov, ardınca isə Brandur Hendriksson fərqlənə bilərdilər.

Dəq.86: QOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOLLL!! Bir neçə dəqiqə öncə meydana daxil olan Ruslan Qurbanova qarşı təyin edilən penalti zərbəsini Riçard Almeyda qola mevirir.

Matç başa çatdı. Millimiz Millətlər Liqasında ilk qələbəsini qazanır! 

 

Kosovo - Malta 3:1 

QOLLAR: B.Kololli, 30, 81. M.Muriqi, 68 - A.Agius, 51

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB