TOP 10

Bizim üçün cığıraçan: Birincidə də Qurban Qurbanov imzası var, sonuncuda da

Futbol
Tarix: 2018-10-11 11:45

UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcəyi Farer adaları yığması Azərbaycan millisinin 26 illik tarixində xüsusi yer tutur. Sport24.az xəbər verir ki, millimiz ilk böyükhesablı qələbəsini məhz farerlilər üzərində qazanıb.

 

Bu, 1996-cı ilin fevralın 27-də Kiprin Larnaka şəhərində yoldaşlıq görüşündə olub. Kazbek Tuayevin baş məşqçisi olduğu millimiz ada təmsilçisini 3:0 hesabıyla məğlub edib. Yeri gəlmişkən, yığmamızın darmadağınını rəsmiləşdirən qolun müəllifi hazırkı baş məşqçisi Qurban Qurbanov olub. Keçmiş hücumçu 30-cu dəqiqədə fərqlənib.

 

Maraqlıdı ki, millmizin sonuncu - 8-ci böyükhesablı qələbəsində də Qurbanov imzası var. Sadəcə, sözügedən darmadağında o, bu dəfə baş məşqçi kimi iştirak edib. Qurbanovun bu ildən çalışdırdığı millimiz ilk və hələ ki yeganə böyükhesablı qələbəsini mayın 29-da Bakı Olimpuya Stadionunda Qırğızıstan yığması üzərində qazanıb. Həmin matçın da 3:0 hesabıyla nəticələnməsi diqqət çəkir. 

 

Millimizin böyükhesablı qələbələrindən yarısı yerli, yarısı əcnəbi baş məşqçilərin payına düşür. Ən çox belə nəticə almaniyalı sabiq baş məşqçi Berti Foqtsun dövründə qeydə alınıb - 3. Daha biri, ən böyükhesablı qələbəsi xorvatiyalı Robert Prosineçkinin payına düşür. Qurbanovadək yerli çalışdırıcılardan Kazbek Tuayev, Vaqif Sadıqov və Əhməd Ələsgərov böyükhesablı qələbəyə sevinib. 

 

Qurbanov futbol oynadığı vaxtda millinin bütün böyükhesablı qələbələrində iştirak edib. Özü də keçmiş hücumçu həmin rəqiblərin üçünə də - Farer adalarına, Türkmənistana və Lixtenşteynə qol vurub. Göründüyü kimi, yığmamızın yerli mütəxəssislərlə böyükhesablı qələbələrində Qurbanov imzası olub - ya futbolçu, ya da baş məşqçi kimi. 

 

Millimizin böyükhesablı qələbələri

 

27 fevral 1996-cı il

Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Farer adaları – 3:0

Baş məşqçi: Kazbek Tuayev

 

22 mart 1997-ci il

Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkmənistan – 3:0

Baş məşqçi: Vaqif Sadıqov

 

5 iyun 1999-cu il

Bakı. AVRO-2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Lixtenşteyn – 4:0

Baş məşqçi: Əhməd Ələsgərov

 

27 fevral 2012-ci il

Dubay. Yoldaşlıq görüşü. Azərbaycan – Hindistan – 3:0

Baş məşqçi: Berti Foqts

 

15 avqust 2012-ci il

Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Bəhreyn – 3:0

Baş məşqçi: Berti Foqts

 

14 avqust 2013-cü il

Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Malta – 3:0

Baş  məşqçi: Berti Foqts

 

4 sentyabr 2017-ci il

Bakı. DÇ-2018-in seçmə oyunu. Azərbaycan – San-Marino – 5:1

Baş məşqçi: Robert Prosiençki

 

29 may 2018-ci il.

Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Qırğızıstan – 3:0

Baş məşqçi: Qurban Qurbanov

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB