TOP 10

UEFA-dan millimiz üçün stimul - qrup qalibi ol, 1,5 milyon qazan!

Futbol
Tarix: 2018-10-10 19:43

Azərbaycan millisi iştirak etdiyi UEFA Millətlər Liqasında maddi planda yaxşı qazana bilər. Sport24.az xəbər verir ki, qitə futbol qurumu ilk dəfə keçirdiyi, sentyabrda start götürən turnirdə həmrəylik və bonus ödənişlərinin artırfığını elan edib.

 

Bu, ilk növbədə Millətlər Liqasında yığmaları ilə təmsil olunan bütün 55 assosiasiyaya həmrəyliklə bağlı ödənişlərin 50 faiz artırılmasıyla bağlıdı. Millimizin də yer aldığı D qrupunun iştirakçısı olan yığmalar əvvəl 500 min avro almalı idilərsə, bura artıq 250 min də əlavə olunub. Bu divizionun qalibi öncədən 500 min avro qazanmalı idisə, UEFA-nın qərarından sonra məbləğ 750 minədək artırılıb. Bununla da bizim divizion üçün maksimal məbləğ 1,5 milyon avro təşkil edib. 

 

Hər 4 - A, B, C, D dizionlarının qalibləri 2019-cu ilin iyununda Millətlər Liqasının final mərhələsində çıxış edəcək ki, çempion 10,5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, turnirdə 3-cü matçını sabah səfərdə Farer adalar yığmasıyla keçirəcək millimiz 2 turdan sonra 2 xalla qrupda 3-cü yerdədi və lider Kosovodan 2 xal geri qalır.

 

 

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB