TOP 10

"Qarabağ"ın rəqiblərinin oyununu idarə etmiş hakim həbs olundu

Futbol
Tarix: 2018-10-10 18:17

"Qarabağ"ın Avropa Liqasında yer aldığı qrupda rəqiblərinin görüşünü idarə etmiş belçikalı hakim Bart Vertentenin adı korrupsiya qalmaqalında hallanır. Sport24.az xəbər verir ki, "Arsenal" - "Vorskla" (4:2) matçının baş hakimi olmuş bu FİFA referisiylə yanaşı, beynəlxalq dərəcə daşıyan həmyerlisi Sebastyen Delderyer Belçikada həbs olunub.

 

Buna səbəb onların danışılmış oyunlarda iştirakda şübhəli bilinmələridi. 

 

Vertenten Ukrayna klublarının matçlarına görə "qara siyahı"ya düşüb. Bu, eyni zamanda ötən mövsüm Kiyev "Dinamo"sunun evdə Albaniyanın "Skenderbeu" klubuna 3:1 hesabıyla qalib gəldiyi qarşılaşmadı

 

Delderyer isə ötən həftə kiyevlilərin Avropa Liqasının qrupunda Çexiyada "Yablonents"lə 2:2 hesabıyla nəitəclənən matçında baş hakim olub. O, bu mövsüm Avropa Liqasının təsnifat mərhələsində qalmaqallı "Zenit" - "Dinamo" (Minsk) (8:1) görüşündə də iş başında olub.

 

Qeyd edək ki, Belçika polisi maliyyə maxinasiyaları və danışılmış oyunlara görə kütləvi axtarışlar keçirərək bir sıra funksionerləri də həbs edib. 

 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB