TOP 10

"Vorskla" "Qarabağ"la ev oyununa biletlərə güzəşt elan etdi - mağazadan istənilən əşyanı al...

Futbol
Tarix: 2018-10-10 16:42

Ukraynanın "Vorskla" klubu Avropa Liqasının qrup mərhələsində növbəti ev matçını keçirəcəyi "Qarabağ"la qarşılaşmaya biletləri satışa çıxarıb. Sport24.az xəbər verir ki, noyabrın 8-də Poltavada Aleksey Butovski adına şəhər stadionunda Bakı vaxtilə saat 23:00-da başlayacaq görüşə biletlərin qiyməti 300 qriven təşkil edir.

 

"Vorskla" rəsmi saytı vasitəsilə yaydığı məlumatda "Fan & Play" firma mağazasıyla birgə aksiya keçirdiyini açıqlayıb. Belə ki, "Qarabağ"la ev matçlarına biletlərin əldə olunmasında yaxşı güzəşt almaq istəyənlər həmin mağazadan istəyilən əşya ala bilərlər. Bu zaman biletlərin məbləğinin 50 faizinin kassadan ayrılmadan geri qaytarılması nəzərə tutulub. "Qarabağ"ın rəqibi stadionda ən yaxşı yerləri münasibi qiymətlər müqabilində bronlaşdırmaqla bağlı çağırış elan edib.

 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB