TOP 10

Yığmamız DÇ-yə Türkiyə ilə birlikdə hazırlaşır

Güləş
Tarix: 2018-10-10 11:46

Qadın güləşçilərdən ibarət yığmamız Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirir. Sport24.az xəbər verir ki, oktyabrın 20-dək davam edəcək hazırlıq prosesi Türkiyə millisi ilə birlikdə keçirilir.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov heyətdə yer alan 9 güləşçi ilə bu həftə yüklənmə rejimində məşqləri davam etdirir. İdmançılarımız gündəlik iki məşqə çıxır. Gələn həftədən isə hazırlıq prosesi yüngülləşəcək və gündə bir məşq olacaq.

 

Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır. Qadınlar oktyabrın 22-25-i aralığında yarışacaq.

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB