TOP 10

Cavad Ağayev Olimpiya Oyunlarının bürünc medalını qazandı

Digər
Tarix: 2018-10-10 11:33

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. Sport24.az xəbər verir ki, bu il dünya çempionu adını qazanan idmançımız Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında da fərqlənib.

 

63 kq çəki dərəcəsində çıxış edən Ağayev 1/8 finalda Cənubi Sudan təmsilçisi Stefan Atem ilə qarşılaşıb. Döyüşün gedişində afrikalı taekvondoçu diskvalifikasiya olunub. 1/4 finalda isə Cavadın rəqibi İran idmançısı Həmed Əsgəri Mahiabadi olub. 9:8 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib. Ağayev finalın bir addımlığında Cənubi Koreya taekvondoçusu Ço Vun Hu ilə üz-üzə gəlib. 13:15 hesabı ilə məğlub olan təmsilçimiz Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB