TOP 10

Ponomaryov İspaniyada bizneslə məşğuldu

Futbol
Tarix: 2018-10-10 20:00

Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryov biznes fəaliyyəti ilə məşğuldu. Bu haqda Sport24.az-a məlumat verən atası, millimizin sabiq baş məşqçisi İqor Ponomaryov özü kimi oğlunun da artıq futboldan uzaqlaşdığını bildirib: "Tolyanın işləri yaxşı gedir. O da futboldan bir az kənara çəkilib. İndi başqa sahədə o qədər işləri var...Bəli, Anatoli FİFA agentidi, ancaq bu sahədə fəaliyyəti azdı. Çünki digər sahədə işləri çox olduğuna görə futbola sadəcə, vaxtı yoxdu. Bu, biznes işləridi. Artıq İsveçdə yox, İspaniyada yaşayır. Malaqa tərəfdə - Marbelyedə məskunlaşıb. Oralarda biznes fəaliyyəti ilə məşğuldu, şəxsi biznesi var".

 

Qeyd edək ki, 36 yaşlı Ponomaryov 2010-cu ildə futbolçu karyerasını bitirdikdən sonra FİFA agenti kimi fəaliyyət göstərib. O, 2002-03-cü illərdə İspaniyaya futbolçu kimi gücünü sınamağa yollanaraq "Malyorka"nın B komandasında yer alıb. 

 

MEHMAN SÜLEYMANOV

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB