897
885
833
828
817
813
807
801
790
790
2259
1517
1444
1331
1303
1272
1174
1151
1130
1127
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının növbəti turu çərçivəsində qonağı olacağı Farer adaları yığmasıyla indiyədək bir dəfə görüşüb. Bu, millimizin 1996-cı ilin fevralın 27-də Kiprin Larnaka şəhərində 3:0 hesabıyla qalib gəldiyi yoldaşlıq görüşüdü. Həmin matçda 90 dəqiqə çıxış edən millimizin sabiq kapitanı, bu mövsümdən "Səbail"in məşqçisi olan Emin Ağayev Sport24.a-a müsahibəsində 22 il öncəki görüşü xatırladı və digər maraqlı məqamlara toxundu.
- Həmin yoldaşlıq görüşü xatirimdədi. Xüsusi yaddaqalan detal olmamışdı. Yadımdadı, matçı bərabər səviyyədə keçirdik. Üstəlik, ilk dəfə belə səviyyədə rəqiblə qarşılaşırdıq. Heç bilmirdik ki, nə yığmadı, nə ölkədi belə. Hesab edirəm ki, farerlilərin öhdəsindən yaxşı gəldik. Artıq ilk hissədə 3 qol vuraraq oyunun taleyini xeyrimizə həll etdik. İkinci hissədə isə çoxlu əvəzetmə oldu və hesab 3:0 də qaldı.
- Hesaba əsasən hansı nəticəni çıxarmaq olar? Onda biz belə güclü idik, yoxsa Farer adaları belə zəif?
- Bilirsiniz, onda farerlilərdə peşəkar futbolçu çox az idi. Daha çox yarımpeşəkarlar, həvəskar futbolçular idi. Onlar hardasa işləyirdilər, vaxt tapanda hardasa oynayır, məşq edirdilər. Söhbət ondan getmir. Həmin oyunun keçirildiyi Kiprdə yaxşı meydançalar, əsl futbol ab-havası vardı. Milli komandamız da yaxşı idi. 90 dəqiqəni eyni səviyyədə yaxşı keçirdik.
- Farer adaları yığması deyəndə, gözünüzün önünə necə gəlir? Rəqibimizin Millətlər Liqasında qrupda hansısa oyununu izləmisinizmi?
- Ümumiyyətlə, Farer adaları skandinavlar, islandlar kimi cüssəli futbolçulardan təşkil olunmuşdu. Fiziki cəhətdən çox yaxşı hazır vəziyyətdə idilər. Bu qarşılaşmanın üstündən nə qədər vaxt keçib və istənilən halda, futbol yerində dayanmır. Hamı hər şeydə artırır. İstər Farer adaları olsun, istərsə də Malta və ya Lüksemburq. İndi farerlilərin çox futbolçusu xaricdə oynayır. Bilirəm ki, İsveçdə, Danimarka, hətta İngiltərə çempionatında top qovan oyunçuları var. Texniki planda oynamırlar, ancaq fiziki cəhətdən çox güclü futbol nümayiş etdirirlər. Daim rəqibə təzyiq edir, mübarizə aparırlar. Bu, o vaxtkı Farer yığmasının oyun üslubu idi. İndikini isə görməmişəm. Əslində, baxmağa da lüzum yoxdu. Çünki oyun oyuna bənzəmir. Hər şey komandanın hər matça köklənməsindən asılıdı, vəssalam.
- Necə düşünürsünüz, millimizin hazırkı motivasiyası Farar adalarındakı həlledici matçda bizə qələbəyə yetərli olacaq?
- Çox ümid edirəm ki, yığmamız artıracaq və uğurlu çıxış edəcək. Yenə də bir çox şeylərin təsiri var. Futbolçularımız Farer adalarına uzun yol qət edərək yollandılar. Ordakı iqlimə uyğunlaşma, ölkələr arasında böyük saat fərqi, yol yorğunluğu - bunlar da nəticədə böyük rol oynayır. Üstəlik, bilmirəm ki, indi Farer adalarında olan nə meydançadı. Sonuncu ev matçlarına baxdığımda, çox bərbad qazonda oynadıqlarını gördüm. Orda həmişə soyuqdu, ada ölkəsidi və meydançalar heç də yaxşı vəziyyətdə deyil. Bizim yığma üçünsə meydançanın vəziyyəti az rol oynamır.
- İqlimi nəzərə alaraq orda süni örtüklü meydançalar çoxdu və bizimlə də belə qazonda qarşılaşacaqlar...
- Bax, buna görə də qazon amilini ön plana çəkdim. Sonuncu dəfə Rusiya ilə ev matçlarını izləmişəm və gördüm ki, çox dəhşətli bir meydançada oynayırdılar. Farer adalarında həmişə soyuq, külək, dəniz havası olur və orda təbii ot praktiki olaraq böyümür. Orda yüksək temperatur olmur, iqlimləri belədi.
- Maraqlıdı, siz oynadığınız Azərbaycan millisiylə indiki arasında müqayisə aparanda hansı paralelləri görürsünüz?
- Bilirsiniz, heç bir paralel yoxdu bizim vaxtımızdakı milliylə indiki milli arasında. Çünki onda millidə oynayan çox futbolçu legioner idi. Azərbaycandan kənarda - İsraildə, Rusiyada və başqa ölkələrdə çıxış edirdilər. Onlar SSRİ dövrünün insanları idi və buna uyğun olaraq da mentatilet başqa idi. Texnika, fiziki hazırlıq - hər şey başqa idi. İndi müqayisə etmək çətindi, çünki futbolçular, hər şey fərqlidi. Onu deyə bilərəm ki, onda millinin futbolçuları ustalıq səviyyəsinə görə indikilərdən üstün idilər.
- Futbolçu karyeranızın böyük hissəsini keçirdiyiniz Rusiyada stabil çıxışla diqqət çəkdiniz, hətta bu ölkənin aşağı divizionlarında ən çox oyun keçirən futbolçulardan biri idiniz. Hərçənd, Azərbaycanda, Bakıda anadan olmuşdunuz. Ramil Şeydayev isə əslən azərbaycanlı olsa da, Rusiyada dünyaya gəlib, oranın futbolunun yetirməsidi, ancaq bu ölkədə heç bir klubda möhkəmlənə bilmir. Buna necə izah tapırsınız?
- Ramil məşqçi işlədiyim komandalara qarşı çox oynayıb. Tver "Volqa"sıyla Rusiya II divizionunda çıxış edirdik və Şeydayevin heyətində olduğu "Zenit-2" də burda mübarizə aparırdı. Oyunuyla çox perspektivli futbolçu sayılırdı, böyük ümidlər verirdi. Sonradan "Ximki"ylə I divizionda işlədim, Ramil də yenə "Zenit-2"də pis oynamırdı, qollar vururdu. Başa düşürsünüz, Şeydayevlə bağlı indi belə vəziyyətdi ki, onun özünəinamı yoxdu. Çünki heç bir klubda möhkəmlənə bilmir. Təkcə Rusiyada yox, iştirakçısı olduğu heç bir çempionatda. Burda çox şey psixologiyadan asılıdı. O, oynamır, özünəinamı yoxdu, bu psixoloji baxımdan problemlə bağlı məsələdi. Şeydayev sadəcə, özünə elə komanda tapmalıdı ki, orda oynasın. Düşünürəm ki, Ramil yaxşı futbolçudu, yaxşı oyun keyfiyyətlərinə, fiziki göstəricilərə malik hücumçudu. Və elə bir komanda tapmalıdı ki, ona inansınlar inansınlar və nəticədə daim oynayacaq. Bu zaman həm klubuna, həm də yığmaya çox fayda verəcək. İndi bir vəziyyəti də nəzərə almaq lazımdı ki, klubunda baş məşqçisi dəyişib. Andrey Tixonov "Krılya Sovetov"dan gedib, yerinə Miodraq Bojoviç gəlib. Bilmirəm, bu mütəxəssis Ramilə etimad göstərəcəkmi. Hərçənd, Bojoviç fiziki cəhətdən güclü hücumçuları sevir - Andrey Dzyuba, Roman Buxarov. Onlarla işləyib və cüssəli hücumçuları çox sevir. Şeydayevi də saxlasa, güvənsə, oynatsa, gələcəkdə millimizə xeyir verəcək.
- Şeydayev də taran tipli mərkəz hücumçusudu...
- Bəli. Bəzi baş məşqçilər belə hücumçuları xoşlayırlar. Ancaq baxır hansı taktiki sxemdə oynayacaqsan. Həmin hücumçu bitirici olacaqmı, topdan yapışa biləcəkmi və nəticədə hücumlar ondan başlayacaqmı. Onda baş məqşçiyə belə planda hücumçu lazım olacaq. Yoxsa bir hücumçu ki təkbaşına oyunu həll edəcək, o başqa tip oyun üslubudu.
- Emin Mahmudov indi Şeydayevdən daha yaxşı təsir bağşlayır. Hərçənd, onun da Rusiyadan gedəndən sonra karyerasında eniş oldu. Belə demək olarmı ki, Emin öz komandasını tapdığına görə hazırda Ramildən daha yaxşı vəziyyətdədi?
- Bəli. Emini çoxdan tanıyıram. Hələ "Krılya Sovetov"da çıxış etdiyi zaman onu "Anji"yə təklif etmişdim. Həmin vaxt bu klubda çalışırdım. Sadəcə, onda "Anji" ulduzlarla dolu komanda idi - Roberto Karlos, Villian, sonra Diarra gəldi. Mahmudova belə komandaya düşmək çətin olardı. Ancaq yaxşı futbolçu olması "Neftçi"də lider olmasında öz əksini tapır. Bax, Emin öz komandasını tapdı. Bş məşqçisi ona inanır. Mahmudov da sübut edir ki, həqiqətən komandaya faydalı futbolçudu. Hərçənd, hesab edirəm ki, indi Rusiya Premyer Liqasında da yaxşı oynaya bilər. Yaxşı texnikaya malik futbolçudu, yaxşı futbol biliyi, kəskin ötürmələri var, meydanın mərkəzinə nəzarət edə bilir.
- Millimizin heyətində "Səbail"dən də futbolçular var. Düzdür, bir vaxtlar yığmada qol vuraraq əsas heyət oyunçuları olan Rahid Əmiqruliyevlə Ruslan Qurbanov hazırda arxa plandadırlar. Onların məşqçisi olaraq millidə elə qarşıdakı matçlarda yenidən ön plana çıxmaq perspektivlərini necə dəyərləndirərdiniz?
- Rahid uzun müddət oynamayıb. İndi yavaş-yavaş yaxşı formasını toplayır, oyun kondisiyalarını yığır, fərqlənir. Yenidən millinin əsas heyət oyunçusu olmağa çalışır. Yəqin ki, ona hansısa matçda şans veriləcək. Ruslana gəlincə, son 2 matçda uğurlu çıxış edib. İlk olaraq sonradan meydana yaxşı çıxdı, növbəti qarşılaşmada isə əsas heyətdə yer alaraq qol vurdu, qələbədə böyük pay sahibi oldu. Fikrimcə, Ruslana şans verilsə, milliyə kömək edə bilər. Hər halda, qolçu hücumçudu, hər oyunda qol imkanı olur, fərqlənə bilər. Ümid edirəm ki, hər iki futbolçumuz millidə faydalı olacaqlar.
MEHMAN SÜLEYMANOV
18:41 “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu
18:16 Prosineçki ermənilərə meydan oxudu: "Azərbaycan millisi kimidi, 50 oyundan bir təəccübləndirir"
18:00 Danimarkalı mütəxəssis AVİF-in qonağı olub
17:33 19-cu turun hakim təyinatları
17:06 Klublar Komitəsinin iclasının vaxtı açıqlandı
16:47 “İkinci hissədə bir qədər arxayınlaşdıq”
16:17 “Kəpəz”ə gedən yol” təqdim olundu
15:59 Maluda rəsmən İsveçrə klubunda
15:33 İki oyunçu cəzalı durumda
15:17 “Yuventus”da ciddi itki
14:55 Messi İnyestaya çatdı
14:14 Qurban Qurbanov dünyadakı mövqeyini qorudu
14:00 Millimizin rəqibi trinidadlıları seçdi
13:16 Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”
12:53 Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”
12:30 Urbonas Sport24.az-a "Qarabağ"a "lakmus parçası" kimi qiymət verdi: "Millinizlə yoldaşlıq görüşündə bizə nəticə də vacib olacaq..."
12:12 "Akademiya kuboku"nda növbəti turun oyunları keçirilib
12:08 AFFA Lisenziyalaşdırma qrupunun üzvləri UEFA seminarında
11:28 Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı
11:21 Ramil Şeydayev: "Aleksandr Səmədov bizə kömək edəcək"
11:00 “Yuventus” hücumçusunu satdı
10:33 “Barselona” Lionda qol vura bilmədi - VİDEO
10:10 Litva millisinin yeni baş məşqçisinin Bakıya 2-ci səfəri: "Siftə"də məğlub yola salınıb
09:30 “Liverpul”un “Bavariya” ilə heç-heçəsi - VİDEO
02:07 Çempionlar Liqasında qolsuz gecə
02:00 "Rubin" Emil Balayevə qol vura bilmədi - VİDEO
00:00 Keçmiş komandalarına qənim kəsilənlər və ya "Qarabağ" yeni lider oldu
23:00 Millimizin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”
22:25 Ramil Şeydayev üçün 77 dəqiqə
20:52 Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu
19:58 Azərbaycan çempionatında ilk günün qalibləri
19:14 Ştuxlik "Bol idman"da danışdı - VİDEO
18:15 AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə
17:55 “Sportinq”də daha bir erkən vida
17:25 “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır
17:08 Premyer Liqamızda çıxış edən yeganə litvalı futbolçu: "Kamrana necə qol vurmağı millidəki komanda yoldaşlarıma deyəcəm"
16:40 “Espanyol”dan La Liqada yeni rekord
16:13 Boks millimiz Sofiyada 2 medal qazandı
15:21 Mitreski yubileyini Berlində qeyd edir: "Həm "Neftçi", həm də Bakı qəlbimdədi"
15:02 "Avropa Liqası 2019 Media Cup” start götürəcək
14:40 Şeydayevsiz qələbə
14:09 Turun "5-liy"i: "Neftçi"nin prezidentinin debüt matçından sonra bu olmamışdı...
14:06 AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi
13:40 Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar
13:28 İsrailli futbolçu milli komandamıza təklif edilib
13:04 İngiltərə klubuna casusluğa görə cəza verildi
12:22 İngiltərə kubokunda 1/4 finalın püşkü atıldı
12:00 Millimizin futbolçusu Türkiyəyə yollandı
11:31 Milli komandada yeni baş məşqçi
11:14 Abbasov Medvedevin özünü yerə atmasına toxundu: "Cərimə meydanında bir-birimizə dəyməyək ki, penalti olacaq?"
11:00 Nani rəsmən ABŞ klubunda
10:34 Erat oynadı, komandası məğlub oldu
09:33 Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü
02:04 “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı
01:52 “Atletik” səfərdən 3 xalla döndü
01:35 “Borussiya” səfərdə xal itirdi
01:29 “Roma”dan çətin qələbə
00:24 "Zirə"nin futbolçusunun toyu oldu - FOTO
00:00 İlk dəfə Azərbaycanda: Hərəyə 1 qələbə, bəs bu dəfə?
‹ | › | |||||
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |