TOP 10

Boatenq Bakıda oynamağa hazırdır

Futbol
Tarix: 0000-00-00 00:00

Almaniya milli komandasının aparıcı futbolçusu Jerom Boatenq zədəsini tam sağaldıb. Sport24.az xəbər verir ki, təcrübəli müdafiəçi 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millli komandası martın 26-da Bakıda keçiriləcək rəsmi matçda iştirak etməyə hazırdır.

Boatenqin çıxış etdiyi “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti onu Bundesliqanın XIV turunda “Ayntraxt”la bugünkü matçda sonradan meydana buraxmaq fikrində olduğunu bildirib.


Jerom sonuncu dəfə ötən ilin noyabrın 23-də Çempionlar Liqasının qrup mərhələsində “Rostov”a səfərdə 2:3 hesabı ilə uduzduqları matçda meydana çıxıb. Dekabrın 20-də isə futbolçu əzələ bağlarının dartılması üzündən cərahiyyə əməliyyatı olunub. Jerom bu mövsüm çempionatda cəmi 7 oyun keçirərək fərqlənə bilməyib. 

Qeyd edək ki, 29 yaşlı Boatenq dünya çempionu oduğu millisində 67 oyunda 1 qol vurub. 

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB