TOP 10

“Qəbələ” rəhbərliyi baş məşqçiylə bağlı qərarını verdi

Futbol
Tarix: 2018-10-08 13:34

“Qəbələ” klubunun rəhbərliyi Sənan Qurbanovun baş məşqçi postunda qalıb-qalmayacağına dair qərar verib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis “qırmızı-qaralar”ın “sükanı arxası”nda işini davam etdirəcək.

 

Saat 13:30-da komanda Sənan Qurbanovun rəhbərliyi altında Bakı-Qəbələ istiqamətində yola düşüb. Axşam saat 7-də isə Qurbanov yetirmələrini məşqə çıxaracaq.

 

Qeyd edək ki, yığma komandamızın Millətlər Liqasındakı iştirakı ilə bağlı yaranmış fasilədə “Qəbələ” bir yoxlama görüşü keçirməyi planlaşdırıb. Sentyabrın 13-də əyalət təmsilçisi “Səbail”lə üz-üzə gələcək.
 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB