TOP 10

Hamının gözlədiyi döyüş baş tutdu: Həbib qalib gəldi, çempion kəməri təqdim olunmadı, dava düşdü

Digər
Tarix: 2018-10-07 09:44

ABŞ-ın Las-Veqas şəhərində UFC çempionları - irlandiyalı boksçu Konor Makqreqor və rusiyal samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş baş tutub. Sport24.az xəbər verir ki, Ti-Mobayl-arena”da keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə  əslən Dağıstandan olan Nurməhəmmədov rəqibinə qalib gəlib.

 

Belə ki, hakimlər 4-cü raundda Həbibin qələbəsini qeydə alıblar. O, həmin raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub. Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

 

 

Döyüşdən sonra zalda insident baş verib. Belə ki, irlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Həbibə söz atmasından sonra, rusiyalı samboçu rinqi tərk edərək onunla əlbəyaxa olub. Eyni zamanda rinqdə də əlbəyaxa dava olub ki, bu, Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında olub. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb. Sonda qalib Nurməhəmmədov elan olunsa da, ona təhlükəsizlik tədbirlərinə görə çempion kəməri təqdim edilməyib.

Qeyd edək ki, yarım yüngül və yüngül çəki üzrə çempionu olan Makqreqor bunadək karyerası boyu 21 döyüş keçirərək 3-də məğlub olub. Nurməhəmmədov isə UFC-nin yüngül çəki üzrə hazırkı çempionudu və karyerasında keçirdiyi 27 peşəkar döyüşün heç birində məğlub olmayıb.

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB