TOP 10

Ümid, etibar, inam

Futbol
Tarix: 2018-10-06 19:21

Milli komandamız Gürcüstanla ilk oyununa çıxdığı gündən bəri heç vaxt azarkeş, futbol camiəsi, ümumiyyətlə, toplum baş məşqçi təyinatına bu qədər pozitiv reaksiya verməmişdi. Qurban Qurbanov “Qarabağ”ın “sükanı arxası”nda qazandığı uğurla belə əhval-ruhiyyənin formalaşmasına nail olmuşdu. Necə ki... Səhərə sağ çıxacağımıza heç bir təminat olmasa da, hər gecə yatmaq üçün yerimizə girəndə səhər oyanmaq üçün saatı qururuq. Bu, ümiddi!

 

Qurban Qurbanov bu gün millinin heyətini açıqladı. Hər kəs subyektiv fikirlərini səsləndirməyə başladı. Bəli, bu sətirlərin müəllifinin də baxış bucağı belədir ki, Mirabdulla Abbasovla Aleksey İsayev yığmamıza dəvətlilər sırasında olmalı idilər. Ancaq bir məqam var. Bu milliyə, onun nəticələrinə bir başa məsul şəxs baş məşqçidir. Onun seçimi mütləq və mütləq yüz dəfə ölçülüb-biçilib. Deməli, bu seçimi edən mütəxəssisə güvənməliyik. Necə ki... Ata bir yaşlı uşağını göyə atanda, cocuğ gülür, çünki atasının onu tutacağına əmindi. Bu, etibardı!

 

Millətlər Liqasında qarşıdakı iki oyunun əhəmiyyəti barədə geniş yazmağa ehtiyac görmürük. Bunu hər kəs bilir. Şansları saxlamaq üçün bizə 6 xal lazımdı. Komandamıza arxa dayanmalıyıq. Onlar Torshavnda meydançaya çıxanda əmin olmalıdılar ki, bu məmləkəti təmsil etməyə tam layiqdilər. Necə ki... Kənd sakinləri bir yerə toplaşmağı və Allaha yağış yağması üçün dua etməyi qərara alırlar. Həmin gün yetişəndə sakinlər kənd mərkəzinə toplaşır və yalnız bir uşaq çətirlə gəlir. Bu, inamdı!

 

Gəlin, Qurbanovun təyinatından sonra böyük ümidlər bəslədiyimiz baş məşqçinin seçiminə etibar edək və 5 gündən sonra meydançaya çıxacaq millimizə inanaq.

 

CEYHUN ƏLİYEV
 

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB