TOP 10

Şahmatçılarımız üç lövhədə medal qazandı

Şahmat
Tarix: 2018-10-06 13:44

Batumidə təşkil edilən Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub. Sport24.az xəbər verir ki, kişi və qadın şahmatçılardan ibarət Azərbaycan yığma komandaları mükafatçılar sırasında yer almayıb.

Üç şahmatçımız öz lövhəsində göstərdiyi nəticələrə görə medallara layiq görülüb.

 

Kişi şahmatçılardan ibarət milli komandada ikinci lövhədə çıxış edən Teymur Rəcəbov və dördüncü lövhədə mübarizə aparan Rauf Məmmədov bürünc medal qazanıb. Qadınlardan ibarət millidə isə üçüncü lövhədə yarışan Xanım Balacayeva ən yüksək nəticəylə qızıl medal əldə edib.


19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB