TOP 10

“Araz” qrupda mübarizəni qələbəsiz bitirdi

Futzal
Tarix: 2018-10-06 22:34

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən “Araz” bu gün əsas mərhələdə son oyununu keçirib. Sport24.az xəbər verir ki,  Joze Alesionun yetirmələri Bakı vaxtı ilə saat 20:00-da  Slovakiyanın "Luçenec” klubuna qarşı keçirilən matçda da qələbəyə həsrət qalıb.

 

Hərçənd, təmsilçimiz görüşə yaxşı başlayaraq 2 dəqiqəyə 2 qol vuraraq - 5-ci dəqiqədə Adil İsmayılov, bundan 1 dəqiqə sonra Ramiz Çovdarovun fərqlənməsi sayəsində böyük üstünülk qazanıb. Ancaq bundan sonra 5 qol buraxan "Araz" 2:5 hesabıyla uduzub.

 

Bununla da çempionumuz qrupda mübarizəni 1 xalla 3-cü pillədə bitirib. “Araz” əvəvlki matçlarında“Vitis”ə (Litva) uduzub (0:1), "Valetta” (Malta) ilə heç-heçə edib (1:1). Qrupumuzun qalibi isə yüzfaizli nəticə göstərən - 9 xal toplayan "Vitis" olub.

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB