TOP 10

Millinin heyəti açıqlandı - 3 dəyişiklik var

Futbol
Tarix: 2018-10-06 12:28

UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov bu 2 matça 23 futbolçu çağırıb. 

 

Heyətdə əsas diqqətiçəkən isim 4 illik fasilədən sonra milliyə qayıdan, Qurbanovun ilk dəfə çağırdığı hücumçu Rüfət Dadaşovdu. Təcrübəli mütəxəssis "Qarabağ"da da artıq rəhbərliyi altında oynayan yarımmüdafiəçi Araz Abdullayevi də milliyə qaytarıb.

 

Qurbanovun Millətlər Liqasında ilk oyunlar üçün açıqladığı "25-lik"dən 5 futbolçu kənarda qalıb. Qapıçı Emil Balayevi Səlahət Ağayev əvəzləyib. Əslində, Səlahət həmin qarşılaşmalara çağırılsa da, atasının vəfatıyla əlaqədar sonradan heyətdən çıxarılaraq Şahrudin Məhəmmədəliyev əvəzləndi. Şahrudin yenə dəvətlilər sırasındadı. Yarımmüdafiəçilər Coşqun Diniyev ("Qarabağ"), Cavid Hüseynov ("Qəbələ"), Rəhman Hacıyev və hücumçu Rauf Əliyev ("Qəbələ") bu dəfə milliyə çağırılmayıblar. 

 

Kamran Ağayev

“Keşlə”

Səlahət Ağayev

“Neftçi”

Şahruddin Məhəmmədəliyev

“Qarabağ”

Maksim Medvedev

“Qarabağ”

Bədavi Hüseynov

“Qarabağ”

Rahil Məmmədov

“Qarabağ”

Məhəmməd Mirzəbəyov

“Neftçi”

Təmkin Xəlilzadə

“Qəbələ”

Urfan Abbasov

“Qəbələ”

Bəxtiyar Həsənalızadə

“Sumqayıt”

Pavlo Paşayev

“Aleksandriya” (Ukrayna)

Qara Qarayev

“Qarabağ”

Araz Abdullayev

“Qarabağ”

Emin Mahmudov

“Neftçi”

Namiq Ələsgərov

“Neftçi”

Rahid Əmirquliyev

“Səbail”

Cavid İmamverdiyev

“Sabah”

Riçard Almeyda

“Astana” (Qazaxıstan)

Dmitri Nazarov

“Aue” (Almaniya)

Mahir Mədətov

“Qarabağ”

Ramil Şeydayev

“Krılya Sovetov” (Rusiya)

Rüfət Dadaşov

“Proysen” (Almaniya)

Ruslan Qurbanov

“Səbail”

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB