TOP 10

Şahmat Olimpiadası həmişəki kimi başa çatdı... medalsız

Şahmat
Tarix: 2018-10-05 16:36

Batumidə 43-cü Şahmat Olimpiadasında bu gün son turun qarşılaşmaları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandaları artıq Olimpiadadakı çıxışxlarını başa vurublar.

 

Kişilərdən ibarət yığmamız Şəhriyar Məmmədyarovun yoxluğunda Serbiyanı 4:0 hesabı ilə darmadağın edib. Qadınlardan ibarət yığmamız isə Vyetnamla heç-heçəyə imza atıb: 2:2.

 

Nə qədər qəribə səslənsə də, qadınlardan ibarət yığmamız 11 tura 16 xal topladıqları halda, daha elitar dərin zəka sahibləri ilə təmsil olunan kişilərdən ibarət komanda 15 xalla kifayətlənib. Bu nəticələr Azərbaycanın yenə də Olimpiya medallarına həsrət qalmasını rəsmiləşdirib.
 

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB