TOP 10

Abdulbari Gözəl: “Komandamız “Arsenal”a sübut etdi ki, asan yem deyil”

Futbol
Tarix: 2018-10-05 10:18

“Qarabağ” – “Arsenal” görüşündən sonra Ağdam təmsilçisinin prezidenti Abdulbari Gözəl hesaba baxmayaraq, bədbin görünmürdü. Sport24.az-a verdiyi eksklüziv açıqlamada klub rəhbəri ilk olaraq məğlubiyyətin səbəbləri barədə fikirlərini bölüşüb: “Əlbəttə, “Arsenal” təcrübəli, dünyaca məşhur klubdu. “Qarabağ” isə gənc komandadı. Elə bu iki klub arasında büdcələr də müqayisəolunmazdı. Hesab edirəm ki, tribunalara toplaşan azarkeşlər də “Qarabağ”ın oyunundan razı qaldı, elə mediamız da. Komandamız çox yaxşı mübarizə apardı. Sadəcə, əldə etdiyimiz qol imkanlarını qaçırdıq. Bunu bəxtsizliklə əlaqələndirərdim. Təbii ki, qol vurmaq istəyərdik. Buna yaxın idik. Ancaq bütün hallarda Qurban Qurbanovun rəhbərlik etdiyi komandamız “Arsenal”a sübut etdi ki, “Qarabağ” asan yem deyil. Əminəm ki, London klubu qarşısında necə güclü bir komanda olduğunu tam hiss etdi".

 

Daha sonra A.Gözəl Ağdam təmsilçisinin qrupdakı hədəflərinə dair sualımız cavablandırdı: “Futbolda proqnoz vermək çox çətindi. Ancaq əminəm ki, “Qarabağ” adına layiq futbolu oynayacaq. Bax, bizə də ən vacibi budur ki, komandamız əsl futbol nümayiş etdirsin”.

 

Qeyd edək ki, “Qarabağ” – “Arsenal” görüşündə London təmsilçisi 3 cavabsız qolla qalib gəlib.

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB