TOP 10

Kişi şahmatçılarımız yenə uduzdu, Balacayevanın balaca hiyləsi

Şahmat
Tarix: 2018-10-04 20:55

Batumidə 43-cü Şahmat Olimpiadasında 10-cu turun qarşılaşmaları keçirib. Sport24.az xəbər verir ki, kişilərdən ibarət yığma komandamız bu dəfə Ukraynaya boyun əyib. Qadınlardan ibarət yığmamız isə Ermənistanla kuryoz heç-heçəyə nail olub.

 

Əvvəlcə zərif cins nümayəndələrinin çıxışı barədə. Üç dərin zəka ustasının lövhəsində heç-heçə qeydə alınınca bütün diqqətlər Xanım Balacayeva – Anna Sarqsyan partiyasına yönəlib. Fiqursuz və oyunu xilas etmək şansı olmayan Balacayeva balaca bir hiylə işlədib. Şahını pat vəziyyətinə salan və bir piyadasının önü bağlı olduğu vəziyyətdə o, “quduz vəzir” birgedişli kombinasiyasından istifadə edib. Başqa sözlə, şahmatçımız vəzirini də şah elan etməklə qurban verib. Özü də elə bir vəziyyətdə ki, erməninin alternativ gedişi olmayıb və Balacayevanın vəzirini vurmaqdan başqa çarəsi olmayıb. Beləcə, pat vəziyyətini alan Xanım komandamızın məğlub olmasını son anda əngəlləyib. Əlbəttə ki, burda Sarqsyanın kobud səhvi həlledici rol oynayıb.

 

Kişilərin yarışmasında də Ukrayna ilə analoji durum yaranıb. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun “sülh” bağladıqları halda, hər şey Arkadi Naydiç – Yuri Krivoruçko partiyasında həll olub. Ukraynalı qrossmeysterin soyadı rus dilindən tərcümədə “əyriəl” olsa da, o düz əllərin və işlək başın sahibi olduğunu nümayiş etdirib. Nəticədə, yığmamız yarışda ardıcıl üçüncü məğlubiyyətini alıb və bununla da, de-yure medal şanslarını itirib.
 

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB