TOP 10

Millimiz qrupda mübarizəni məğlubiyyətlə bitirdi

Voleybol
Tarix: 2018-10-04 13:40

Qadın voleybuşaltdan ibarət Azərbaycan milli komandası Yaponiyada davam edən dünya çempionatında bu gün qrup mərhələsinin son oyununu keçirib. Sport24.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Kobe şəhərində C qrupunun V tur qarşılaşmasında Tailanda uduzub – 1:3.

 

Hər iki komanda bunadək növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün matç formal xarakter daşıyıb. Bu qələbədən sonra xalını 10-a çatdıran Tailand 3-cü pillədəki  mövqeyini qoruyub. Azərbaycan isə 6 xalla 4-cü olub. 4 xala malik Cənubi Koreya 5-ci, xal qazana bilməyən Trinidad və Tobaqo isə sonuncu yeri tutub. Turun son görüşü 11 xalla şərikli lider olan Rusiya və ABŞ arasında baş tutacaq

 

 

Dünya çempionatı

C qrupu

V tur

11:10. Tailand - Azərbaycan 3:1 (25:22, 15:25, 25:19, 25:27)

 

 

 

 

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB