TOP 10

Kişi şahmatçılarımız məğlub oldu, qadınlardan heç-heçə

Şahmat
Tarix: 2018-10-03 20:49

Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçiriblər. Sport24.az xəbər verir ki, 9-cu turda kişi şahmatçılarımız Çinlə, qadınlar isə Ukrayna ilə üz-üzə gəliblər.

Kişilər bu dəfə də məğlubiyyətlə üzləşiblər. Qadın şahmatçılarımız isə turu heç-heçə ilə başa vurublar.

 

Kişilər
Azərbaycan - Çin 1,5:2,5

Şəhriyar Məmmədyarov - Din Lijen - 0,5:0,5
Teymur Rəcəbov - Yu Yanyi - 0,5:0,5
Arkadi Naydiç - Vey Yi - 0,5:0,5
Eltac Səfərli - Bu Syançji - 0:1

 

Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Səfərli qara fiqurlarla oynayıblar.

 

Qadınlar
Azərbaycan - Ukrayna 

Günay Məmmədzadə - Anna Muzıçuk - 0:1 
Xanım Balacayeva - Mariya Muzıçuk - 0,5:0,5
Gülnar Məmmədova - Anna Uşenina - 1:0 
Ülviyyə Fətəliyeva - Yuliya Osmak - 0,5:0,5

 

Məmmədzadə və Məmmədova ağ, Balacayeva ilə Fətəliyeva qara fiqurlarla oynayıblar.
 

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB