TOP 10

Velosipedçilərimiz Belçikaya yollanıb

Digər
Tarix: 2018-10-03 13:12

Ölkəmizin şosse velosipedi üzrə gənc qızlardan ibarət yığma komandasının üzvləri Ayan Xankişiyeva və Elfanə Camalova, həmçinin oğlanlardan ibarət U-17 millimizin üzvü Nikita Sitov məşqçi Aleksey Qorikovun rəhbərliyi altında Belçikaya yollanıb. Sport24.az xəbər verir ki, təmsilçilərimiz hazırlıq prosesi ilə yanaşı, bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də iştirak edir.

 

Belə turnirlərin birində oğlanlar arasında 64 km məsafəyə yarışda Nikita Sitov məsafəni ümumi qrupda başa vurub və fotofinişə əsasən 15-ci olub. Digər beynəlxalq turnirdə isə təmsilçimiz 57 km məsafəni 19-cu pillədə tamamlayıb.

 

Qızlar arasında 40 km məsafəyə yarışda Ayan Xankişiyeva 19-cu, Elfanə Camalova 22-ci yeri tutub.

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB