TOP 10

AAAF nümayəndə heyəti Macarıstana səfər edib

Digər
Tarix: 2018-10-03 12:19

Azərbaycan Ağır Atletika Federasiyasınının nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştdə işgüzar səfərdə olub. Sport24.az xəbər verir ki, heyət 1-ci vitse-prezident Tofiq Heydərovun başçılığı altında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) baş ofisində olub.

Burada bir sıra görüşlər keçirilib, Respublikamızda, həmçinin dünyada ağır atletikanın inkişafı ilə bağlı geniş müzakirələr aparılıb, fikirlər səsləndirilib. Heydərov IWF-in prezidenti Tamaş Ayanla da görüşüb. Onlar cari və perspektivdə duran məsələlər haqda danışıblar.

 

Danışılan mövzular arasında 2019-cu ildə Azərbaycanda beynəlxalq ağır atletika yarışının keçirilməsi, həmçinin dopinqlə mübarizənin ən yüksək səviyyədə davam etdirilməsi və gücləndirilməsi əsas yer tutub. Ölkəmizdə bu idman növünün inkişafı məqsədilə təsis edilən AAAF Holdinq ilə IWF arasında qarşılıqlı əməkdaşlıq barədə ilkin razılıq da əldə edilib. Bu razılaşmaya əsasən beynəlxalq təlim-məşq toplanışlarının Holdinqə məxsus məkanlarda, məsələn, AAAF Park tipli universal istifadəli komplekslərdə təşkili, qitə və dünya səviyyəsində keçirilən mötəbər ağır atletika yarışlarının Azərbaycanda müstəsna yayım hüququnun əldə edilməsi və digər məsələlərdə ortaq məxrəcə gəlinib.

 

Sonda görüş və müzakirələrin mütəmadi olaraq davam etdirilməsi, intensivliyininin artırılması qərarına gəlinib.
 

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB