TOP 10

Millimiz üçün 5 legioner: Qurban Qurbanov açıqladı - EKSKLÜZİV

Futbol
Tarix: 2018-10-03 00:40

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasında növbəti iki oyun (Farer adaları ilə oktyabrın 11-də səfərdə və Malta ilə oktyabrın 14-də Bakıda) üçün dəvət edəcəyi ölkə xaricində çıxış edən futbolçuların adlarını müəyyənləşdirib. 46 yaşlı mütəxəssis Sport24.az-a verdiyi eksklüziv açıqlamada 5 oyunçu üçün faks göndərildiyini bildirdi. 

 

Qurbanovun siyahısında onun rəhbərliyi altında indiyədək çıxış etməyən bir oyunçu da var. Söhbət Almaniyanın 3-cü divizionunun “Proysen” klubunda forma geyinən Rüfət Dadaşovdan gedir. Millimizin baş məşqçisi legioner həyatı yaşayan aşağıdakı futbolçulara zərurət duyub:

 

Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Dmitri Nazarov (“Aue”, Almaniya), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya).
 

Qurbanov millinin siyahısının yaxın günlərdə açıqlanacağını söylədi.

 

Qeyd edək ki, bu yay fasiləsində Almaniyanın III liqa təmsilçisinə keçən 27 yaşlı Dadaşov millimizə sabiq baş məşqçi Berti Foqtsun dövründə cəlb olunub və 16 oyunda 4 qol vurub. 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB