TOP 10

Azərbaycan ABŞ uduzub, Gürcüstana qalib gəldi

Şahmat
Tarix: 2018-10-02 21:45

Batumidə təşkil olunan 43-cü Şahmat Olimpiadasında bu gün 8-ci turun qarşılaşmaları keçirilib. Sport24.az xəbər verir ki, 7 turdan sonra 1-ci yeri bölüşən kişilərdən ibarət yığmamız turnirin reytinq-favoriti ABŞ-la üz-üzə gəlib. Şahmatçılarımız bu görüşdə məğlubiyyətlə üzləşiblər. 

 

Aktivində 11 xalı olan qadınlardan ibarət yığmamız isə Gürcüstan-2-yə qarşı mübarizə aparıb və qələbə qazanıb.

 

ABŞ – Azərbaycan 2,5:1,5

Fabiano Karuana – Şəhriyar Məmmədyarov 1:0
Teymur Rəcəbov – Uesli So 1:0
Hikaru Nakamura – Arkadi Naydiç 0,5:0,5
Rauf Məmmədov – Samuel Şenklend 0:1

 

1-3. Azərbaycan, Polşa, ABŞ - hərəsi 13 xal. 

 

Gürcüstan-2 – Azərbaycan 1,5:2,5

 

Salome Meliya – Günay Məmmədzadə 0:1
Zeynəb Məmmədyarova – İnqa Çarxalaşvili 0:1
Sofio Qvetadze – Xanım Balacayeva 0:1
Gülnar Məmmədova – Sofiko Xuxaşvili 0,5:0,5

1.Ermənistan - 13, 2-5. Çin, Ukrayna, Gürcüstan, Rumıniya - 12. Yığmamız 6-12-ci pillələri bölüşdürür - 11.

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB